Rusiya sülhməramlıları hərbi sursatları məhv edirlər

49
(Yenilənib 13:42 19.03.2021)
Qarabağda Rusiya sülhməramlıları minlərlə hərbi sursat və partlayıcı maddəni zərərsizləşdirməyə davam edirlər. Minalardan təmizlənmə prosesini videoda izləyin.

Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlılarının funksiyalarından biri münaqişə ərazilərini hərbi sursatlardan və minalardan təmizləməkdir.

Mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün sursatlar və partlayıcı maddələr götürülərək məhvetmə ərazisinə daşınır və orada məhv edilir.

49

Ağdam rayonunun İsmayılbəyli kəndindən görüntülər - VİDEO

83
(Yenilənib 10:50 20.04.2021)
Kənd 1993-cü il iyulun 4-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 2020-ci il noyabrın 20-də üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, işğaldan azad edilib.

Müdafiə Nazirliyi Ağdam rayonunun İsmayılbəyli kəndindən videogörüntülər paylaşıb. Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən həmin görünütləri paylaşır. 

İsmayılbəyli Azərbaycan Respublikasının Ağdam rayonunun Bağbanlar kənd inzibati ərazi dairəsində kənddir, dağ ətəyindədir. Keçmiş adı Mərzili İsmayılbəy olub. Yaşayış məntəqəsi Cavanşir qəzasında yaşamış mərzili tayfasına mənsub ailələrin başçısı İsmayıl bəyin adı ilə adlandırılıb.

Kənd 1993-cü il iyulun 4-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 2020-ci il noyabrın 20-də üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, işğaldan azad edilib.

83

Lənkəranlı bərbər müştərilərinin başında portret yaradır - VİDEO

122
(Yenilənib 16:06 19.04.2021)
Müştərilərinin başında portret yaradan bərbər bunu kimsədən öyrənmədiyini deyir. Bu barədə daha ətraflı - Sputnik Azərbaycan-ın videosunda.

Lənkəranlı bərbər Ruslan Ağazadə xarüqələr yaradır desək, yanılmarıq. Belə ki, o, saçı qırxmaqla insan şəklini çəkir.

Maraqlısı da budur ki, Ruslan sırf bu işi heç kəsdən öyrənməyib. Ancaq o, Sputnik Azərbaycan-a rəssamlıq kursuna getdiyini etiraf edir.

Onun əl işləri daha çox azyaşlıların diqqətini cəlb edib. Dediyinə görə, uşaqlar ondan başlarında ulduz, hörümçək, yaxud da hansısa heyvanın şəklini çəkməyini istəyirlər.

122
Teqlər:
video, Lənkəran, portret, bərbər
Türk polisi, arxiv şəkli

Türkiyədə böyük əməliyyat Terror aktının qarşısı alındı

3
Məlumata əsasən MİT və Polis İdarəsi terror təşkilatının üzvlərinə qarşı gecə saatlarında İstanbulun dörd rayonunda 8 fərqli ünvanda eyni zamanda əməliyyat keçirib.

BAKI, 20 aprel — Sputnik. Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) və İstanbul Polis İdarəsi İŞİD-ə qarşı əməliyyat keçirib. Bu barədə Sputnik Türkiyə xəbər verir.

Məlumata əsasən, MİT və Polis İdarəsi terror təşkilatının üzvlərinə qarşı gecə saatlarında İstanbulun dörd rayonunda 8 fərqli ünvanda eyni zamanda əməliyyat keçirib.

Əməliyyat zamanı Türkiyədə terror aktı törətməyi planlaşdıran xarici vətəndaş olan 14 İŞİD üzvü saxlanılıb. Əməliyyatın keçirildiyi ünvanlarda xeyli sayda ekstremist əməliyyat və rəqəmsal material aşkarlanıb.

3