Biznes qurumları adi alıcıların tələbatından sui istifadə edirlər

40
(Yenilənib 16:28 18.03.2021)
Şübhəsiz, yaşadığımız pandemiya dövrü alıcılıq qabliyyətinə öz mənfi təsirini göstərir. Buna baxmayaraq ərzaq sektorunda malların qiymətləri qalxır.

Novruzqabağı qiymətlər 20 gün əvvəlkinə nisbətən 6-8 % artıb. Orta hesabla 5 nəfərlik bayram süfrəsinin dəyəri 200-220 manat təşkil edir.

İnsanların alıcılıq qabliyyətinin yenməsinə baxmayaraq, aktiv fəaliyyətləri nəticəsində alıcılıq tələbatı qalxır. Biznes qurumların əksəriyyəti isə bundan sui istifadə edərək keyfiyyətsiz malların satışını artırır.

“Xüsusilə qoz – fındıq məmulatlarında aflotoksin göbələklərin olması bizi narahat edir. Çünki ciddi yoxlanılmır” – Azərbaycan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzində keçirilmiş onlayn mətbuat konfransında bildirdi.

Konfrans zamanı Eyyub Hüseynov daha bir neçə mühüm məsələlərə toxunub.

Azərbaycan Azad İstehlakçılar birliyinin sədri Eyyub Hüseynovun verdiyi ətraflı müsahibəni videoda izləyə bilərsiniz.

40

Hərbi polis yaranma gününü qeyd edir - VİDEO

18
(Yenilənib 17:13 10.04.2021)
Hazırda hərbi polis bölmələrinin hərbi qulluqçuları azad edilmiş ərazilərdəki yaşayış məntəqələrində və qoşunların dislokasiya yerlərində təhlükəsizliyin təmin edilməsində iştirak edir.

BAKI, 10 aprel — Sputnik. Müdafiə Nazirliyinin hərbi polisinin yaranmasının 29-cu ildönümü qeyd olunur. 1992-ci ildə Müdafiə nazirinin əmri ilə yaradılan bu qurum çətin və şərəfli yol keçib. Hərbi polisin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığı zamanı əsas səylər dövlətin və xalqın mənafeyinin müdafiəsinə, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasına, qarşıya qoyulan tapşırıqların istənilən şəraitdə yerinə yetirilmə əzminin yüksək səviyyədə saxlanılmasına yönəldilib.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, hərbi polisin şəxsi heyəti Vətən müharibəsində torpaqlarımızın azad olunması uğrunda fəal iştirak edib, qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirib.

Hazırda hərbi polis bölmələrinin hərbi qulluqçuları azad edilmiş ərazilərdəki yaşayış məntəqələrində və qoşunların dislokasiya yerlərində təhlükəsizliyin təmin edilməsində iştirak edir.

Hərbi polis naryadları yaşayış məntəqələri və hərbi nəqliyyatın hərəkət marşrutlarında olan stasionar və səyyar postlarda sutkaboyu xidmət aparır, buraxılış rejimini, həmçinin xidmət və döyüş növbətçiliyi zamanı hərbi qulluqçular tərəfindən günün nizam qaydalarının yerinə yetirilməsinə nəzarəti həyata keçirir.

Hərbi polis müxtəlif istiqamətlərdə açılan nəzarət-buraxılış məntəqələrində patrul xidmətini və mühüm hərbi obyektlərin mühafizəsini təşkil edir, əraziyə daxil olan texnikanın uçotunu aparır, həmçinin kolonların müşayiətini təmin edir.

18
Teqlər:
video, yaranma günü, Müdafiə Nazirliyi, polis, hərbi

Bakıda şəhidlərə hörmət əlaməti olaraq "Xatirə bağı" salındı

18
(Yenilənib 17:27 09.04.2021)
Bakıda "Xatirə bağı" Beynəlxalq aksiyası başlayıb. Böyük Vətən Müharibəsində və 44 günlük Vətən müharibəsində həlak olanların xatirəsinə həsr olunan bağın necə salındığı videomuzda.

Azərbaycanda Qələbənin 75-ci ildönümünün Beynəlxalq Könüllülər Komandası aksiyaya Bakının ən işlək küçələrindən birində 150 ağac əkməklə başlayıb.

Beynəlxalq aksiyanın məqsədi dünyada 27 milyon ağac əkməkdir. II Dünya Müharibəsi illərində 27 milyon insan həyatını itirib. Bu xatirəni qorumaq və gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur.

Azərbaycandakı "Xatirə bağı" aksiyası Azərbaycanda Qələbənin 75-ci ildönümünün Beynəlxalq Könüllülər Komandası, "Rossotrudniçestvo"-nun Azərbaycandakı ofisinin dəstəyi ilə “Azərbaycanda Kazak Həmyerliləri”, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və Rusiyanın Azərbaycandakı səfirliyinin iştirakı ilə həyata keçirilir. Aksiya Azərbaycanın digər şəhərlərində - Xaçmaz, Sumqayıt, Gəncə, Balakən və Lənkəranda da keçiriləcək.

 

18
Nyu-Yorkda Tayms-skver meydanı, arxiv şəkli

Məşhurlar Nyu-York küçələrini podiuma çevirdilər - FOTO

0
Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.

BAKI, 10 aprel — Sputnik. Nyu-Yorkda "Michael Kors Collection"ın nümayişi keçirilib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, pandemiya ilə əlaqədar olaraq tədbir rəqəmsal formatda baş tutub: modellərin yürüşü video qeydiyyata alınıb, ictimaiyyətə isə daha sonra təqdim ediləcək.

​Amma buna baxmayaraq, "Michael Kors Collection"dan ilk fotolar mediaya sızıb. Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.

​Dünyaca məşhur modellərin bir araya toplaşması nadir hadisə hesab olunur. Ona görə də şounun çox yaddaqalan olacağı barədə proqnozlar verilib.

0
Teqlər:
Nyu-York, moda