CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

 Novruz ənənələrimiz yaşamaqdadır. Gənclər torpaq çərşənbəsini necə qeyd edirlər? - VİDEO

Abunə olmaq
Nəsildən-nəsilə ötürülən milli adət-ənənələrimiz zamanın dəyişməsinə baxmayaraq indi də yaşamaqdadır. Yeni nəsil də adətlərimizi qorumaqda geri qalmaq istəmir. Xaçmaz rayonunun Niyazoba kəndindən videomuzu izləyin.

Səbirsizliklə gözlədiyimiz baharın nəfəsi yaşadığımız Novruz qabağı İlaxır və ya Torpaq çərşənbəsində daha da güclü hiss olunur.

Ənənələrimizi qoruyaraq, onlara əməl etməyə çalışırıq.

Yazın gəlişini kiçikdən böyüyədək hamımız səbirsizliklə gözləyirik. Bu isə Novruz bayramına münasibətimizi nəsildən-nəsilə formalaşdıraraq qəlblərdə şən ovqat oyadır.

Məhz Novruz bayramında milli adətlərimiz belə diqqətlə və həssaslıqla yaşadılır.

Torpaq çərşənbəsi Novruz qabağı qeyd olunan dörd çərşənbənin sonuncusudur. El arasında bu çərşənbə Torpaq, Yer və ya İlaxır çərşənbəsi adlandırılır. Bu çərşənbə təbiətin əsas ünsürlərindən biri olan torpaq oyanır, əkinə, toxum səpininə hazır olur.

Belə ki, Xaçmaz rayonunun Niyazoba kəndinin gəncləri İlaxır (Yer) çərşənbəsini adətlərimizə uyğun qeyd etdilər.

Xəbər lenti
0