Ordumuzun təlimləri davam edir - VİDEO

34
(Yenilənib 18:24 16.03.2021)
Azərbaycan Ordusunun əməliyyat-taktiki təlimləri davam edir. Müdafiə Nazirliyindən yeni videogörüntüləri sizə təqdim edirik.

Təlimin növbəti mərhələsində ərazidə qərarın dəqiqləşdirilməsi və qoşunların qarşılıqlı fəaliyyətinin təşkili icra olunub.

Xatırladırıq ki, təlimlər martın 18-nə kimi davam edəcək.

34

qədər şikayət etsək də, heç bir mənası yoxdur - Avtobusdan sorğu

12
(Yenilənib 13:53 15.04.2021)
Paytaxt sakinləri “Baku Bus”dan narazı olduqlarını dilə gətiriblər. Bu barədə daha ətraflı - Sputnik Azərbaycan-ın videosunda.

Paytaxt sakinləri Sputnik Azərbaycan-a verdikləri açıqlamalarında bildiriblər ki, pandemiya dövründə avtobuslarda sıxlıq müşahidə olunur.

İnsanların saatlarla avtobus gözləməsi, getdikləri məkana gecikmələrinə səbəb olur. Sakinlər bildiriblər ki, avtobuslar normal sürətlə gedə biləcəkləri yolu iki və üç saata qət edirlər. Dəfələlə ictimai nəqliyyatlardan aidiyyatı qurumlara şikayət olunsa da, şikayətə baxan olmayıb.

Sakinlər avtobuslar arasında intervalların qısa olmasını tələb edirlər

12

Daş heykəllər muzeyi ilə məşhur olan oyuq qəsəbəsindən ən son görüntülər

8
(Yenilənib 11:01 15.04.2021)
Azərbaycan Müdafiə Nazirliyi Zəngilan rayonunun Ağ oyuq qəsəbəsindən çəkilmiş ən son videogörüntüləri ictimaiyyətə təqdim edib.

Azərbaycan Müdafiə Nazirliyi Zəngilan rayonunun Ağ oyuq qəsəbəsindən yeni videogörüntülər paylaşıb. Sputnik Azərbaycan xəbər verir ki, Ağ oyuq qəsəbəsi 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ilin oktyabrında isə əks-hücum nəticəsində Azərbaycan ordusu tərəfindən işğaldan azad edilib.

Ağ oyuq qəsəbəsi işğaldan qabaq daş heykəllər muzeyi ilə məşhur olub. Burada müxtəlif dövrlərə aid daş abidələri mövcud idi.

Qəsəbədən çəkilmiş ən son görüntüləri təqdim edirik. 

8
 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko

Lukaşenkonun Bakı səfərinin məqsədi idi?

4
(Yenilənib 17:44 15.04.2021)
Unutmayaq, Belarus KTMT çərçivəsində Ermənistanın Azərbaycana qarşı ambisiyalarına qarşı çıxan iki ölkədən biri idi.

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 15 aprel — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenkonun prezident seçildikdən sonra ikinci xarici səfərini Azərbaycana etməsi iki ölkə arasındakı münasibətlərin əhəmiyyətinə diqqət çəkir. Prezident Aleksandr Lukaşenkonun Azərbaycanda rəsmi və qeyri-rəsmi formatda keçirdiyi görüşlər, verdiyi açıqlamalar diqqətlə izlənilir. Sputnik Azərbaycan Azərbaycan-Belarus əlaqələri və Aleksandr Lukaşenkonun bu səfərinin ikitərəfli münasibətlərdə rolu ilə bağlı Milli Məclisin deputatı Rasim Musabəyov və politoloq Mübariz Əhmədoğlunun fikirlərini öyrənib.

Milli Məclisin deputatı Rasim Musabəyov bildirib ki, Azərbaycan və Belarus arasında sıx əməkdaşlıq mövcuddur:

"Bu əlaqələrin və əməkdaşlığın əhatə dairəsi genişdir. İki ölkə arasında hərbi sənaye, kənd təsərrüfatı, maşınqayırma sahələrində əməkdaşlıq daima inkişaf edir. Belarus rəhbərliyi də hər zaman Azərbaycanın problemlərinə diqqətlə yanaşıb. Düşünürəm ki, bizim münasibətlərimiz bundan sonra da yüksələn xətlə inkişaf etməyə davam edəcək. Belarus Azərbaycan vasitəsilə sərfəli bazarlara çıxış əldə edir. Bu Azərbaycanın da maraqlarına cavab verir. Çünki bununla həm də bizim qeyri-neft sektorumuz inkişaf edir. Belarus həm də Azərbaycanın enerji resurslarından yararlanmaqda maraqlıdır".

Politoloq Mübariz Əhmədoğlu isə deyib ki, Azərbaycan-Belarus münasibətləri həmişə fəqli səviyyədə olub: "Prezident Lukaşenkonun fərdi şəxsiyyəti onun prezidentlik idarəçiliyində də özünü bariz şəkildə göstərib. Azərbaycan hər zaman Belarusa çətin vaxtlarında dəstək göstərib. Belarus son vaxtlar Polşa və Baltikyanı ölkələrlə münasibətlərini sıxlaşdırmışdı. Ölkənin istiqaməti bu yöndə idi. Ancaq indi bu münasibətlərdə durğunluq mövcuddur. Məhz bu əlaqələr hesabına Belarus informasiya texnologiyaları sahəsində yüksək inkişaf əldə etmişdi".

Politoloq bildirib ki, bu gün Azərbaycan-Belarus münasibətlərində iqtisadi maraqlar daha qabarıq formada önə çıxır.

"Azərbaycan Qarabağın bərpasını həyata keçirir. Burada etibarlı tərəfdaşlara ehtiyac var. Bu səfər göstərir ki, bu gün Azərbaycan-Belarus münasibətləri tamam yeni keyfiyyətdədir. Aprelin sonunda Belarusda Avrasiya İqtisadi Birliyinin sammiti keçiriləcək. Erməni mətbuatı iddia edir ki, Azərbaycan bu sammitdə müşahidəçi kimi iştirak etmək istəyir, lakin Ermənistan hökuməti buna qarşıdır. Bütün bu baş verən proseslər münasibətlərimizin yeni xarakterindən xəbər verir".

Politoloq qeyd edib ki, Belarus KTMT çərçivəsində Ermənistanın Azərbaycana qarşı ambisiyalarına qarşı çıxan iki ölkədən biri idi. Bu baxımdan Belarus prezidentinin səfərini və bu səfər zamanı səsləndirdiyi fikirləri yüksək qiymətləndirir.

"Belarus həm də dağlıq Qarabağla bağlı məsələlərin siyasi tərtibatında önəmli rol oynayıb. Burada prezident Lukaşenkonun müstəsna rolunu qeyd etməliyik. Belarusla əməkdaşlıq həm bizim, həm də bu ölkənin maraqlarına cavab verdiyi üçün faydalıdır", - deyə Əhmədoğlu əlavə edib. 

4