Təlimlərə cəlb olunmuş hərbi heyət xüsusi texnika təlim bölgəsinə yola düşüb VİDEO

25
(Yenilənib 11:11 15.03.2021)
Təlimlərə cəlb olunmuş hərbi heyət və xüsusi texnika yola təlim bölgəsinə yola düşüb. Müdafiə Nazirliyindən videogörüntülər.

Əməliyyat-taktiki təlimlərin rəhbərliyi, eləcə də Azərbaycan Ordusunun təlimlərə cəlb edilən şəxsi heyəti və xüsusi texnikası təlim bölgəsinə yola düşüb.

Azərbaycan Ordusunun əməliyyat-taktiki təlimlərin rəhbərliyi, təlimlərə cəlb edilən şəxsi heyət və xüsusi texnika təlim bölgəsinə yola düşüb.

Yerdən və havadan müşayiət ediləcək kolonların hərəkət marşrutlarında komendant xidməti təşkil olunub.

Təlimlər martın 18-dək davam edəcək.

Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

25

Azərbaycanda ilk: Ağzı bağlı şəkildə mahnı oxuyan insan

313
(Yenilənib 14:36 12.04.2021)
Hər kəsə mümkünsüz görünən ağzı bağlı danışan və mahnı oxuyan gənc xanım. Onun istedadı barədə daha geniş - Sputnik Azərbaycan-ın videosunda.

ADA universitetinin tələbəsi Leyla Tağıyevanın ağzı bağlı şəkildə mahnı oxuması və danışması son günlər ölkədə trendə çevrilib. Uşaqlıqdan incəsənətə meylli olan Leyla Sputnik Azərbaycan-a verdiyi müsahibəsində bildirib ki, bu bacarığını bir neçə ay bundan öncə kəşf edib.

Həmsöhbətimiz deyir ki, vantroloqluqda xüsusi bir taktika yoxdur. O, gələcəkdə musiqi bacarıqlarını inkişaf etdirəcəyini bildirib.

Tağıyeva vantroloqluğu onun üçün bir əyləncə olduğunu vurğulayıb.

313

Rusiya sülhməramlıları Qarabağda necə xidmət aparırlar video

41
(Yenilənib 12:49 11.04.2021)
Rusiya sülhməramlıları Qarabağda necə xidmət aparırlar videomuzda baxa bilersiz. Atəşkəs rejiminə bütün təmas xətti boyunca riayət olunur.

Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları atəşkəs rejiminə riayət olunması, sülhməramlıların xidmət apardığı ərazi boyunca avtomobil nəqliyyatının hərəkəti, ərzaq və digər müxtəlif məhsulların daşınması zamanı təhlükəsizliyin təmin olunması üzrə tapşırıqları yerinə yetirməyə davam edirlər.

Atəşkəs rejiminə bütün təmas xətti boyunca riayət olunur.

41
Yeni bankotlar

Mərkəzi Bank terminalların yenilənmiş pulları niyə qəbul etmədiyinə aydınlıq gətirdi

0
(Yenilənib 14:27 12.04.2021)
Bank olmayan ödəniş xidməti təchizatçılarının ödəniş terminallarının yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarına adaptasiyasının sürətləndirilməsi ilə əlaqədar Mərkəzi Bankda görüş keçirilib

BAKI, 12 aprel — Sputnik. Son günlər ölkə mətbuatında bank olmayan ödəniş xidməti təchizatçılarının ödəniş terminalları tərəfindən yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarının qəbulunda müəyyən çətinliklərin yaranması ilə bağlı məlumatlar yayılıb.

Mərkəzi Bankdan Sputnik Azərbaycan-a bildirilib ki, ölkə ərazisində istismar olunan nağd pul sistemlərinin (bankomatlar, ödəniş terminalları, pul sayan və emal edən sistemlər və s.) yenilənmiş pul nişanlarına uyğunlaşdırılması (adaptasiyası) məqsədilə hələ 20 oktyabr 2020-ci il tarixində bütün kommersiya bankları və bank olmayan ödəniş xidməti təchizatçıları məlumatlandırılıb və müvafiq pul nişanları ilə təmin edilib.

Mərkəzi Bank tərəfindən aparılmış monitorinqlərdən məlum olur ki, kommersiya banklarının və bank olmayan ödəniş xidməti təchizatçılarının nağd pul sistemlərinin yenilənmiş pul nişanlarına uyğunlaşdırılması əsasən təmin edilib.

Bununla belə bir sıra bank olmayan ödəniş xidməti təchizatçılarının ödəniş terminallarının yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarına adaptasiyası ilə bağlı çətinliklərin araşdırılması, müvafiq problemlərin təxirəsalınmadan aradan qaldırılması və adaptasiya proseslərinin qısa müddətdə yekunlaşdırılması məqsədilə Mərkəzi Bankda bank olmayan ödəniş xidməti təchizatçılarının nümayəndələri ilə görüş keçirilib və bu təşkilatlara müvafiq tədbirlərin görülməsi ilə bağlı tövsiyə və tapşırıqlar verilib.

0