Şıltaq baharın oyunları: Novorossiyskdə güclü qasırğa tüğyan edir - VIDEO

15
Rusiyanın Novorossiysk şəhərində şiddətli qasırğa müşahidə olunur. Novorossiyskdəki təbii fəlakəti videodan izləyin.

Videodan göründüyü kimi, küləyin gücündən insanlar adi yolu belə keçə bilmirlər – buz üstündə sürüşərək yerə yıxılırlar. Qasırğa nəticəsində minlərlə insan işıqsız qalıb, xəsarət alanların sayı da artıb.
Şəhərdə fövqəladə vəziyyət elan olunub.

15
Teqlər:
video, Rusiya, qasırğa, buz, qar

Kəndini tərk etməyən azərbaycanlı rəssam - Onun əsərləri dünya miqyasında tanınır

15
(Yenilənib 10:55 18.05.2021)
Qazaxda yaşayan peşəkar rəssam kənddə fəaliyyət göstərsə də özünün qeyri-adi tabloları ilə diqqət çəkir. Daha ətraflı Sputnik Azərbaycan-nın videosunda.

Qazaxda yaşayan peşəkar rəssam kənddə fəaliyyət göstərsə də özünün qeyri-adi tabloları ilə diqqət çəkir. Nəcməddin Hüseynov əsərlərini boyalarla yanaşı, şam tüstüsü ilə də ərsəyə gətirir.
Pandemiya dövründə rəssam yaşadığı Çaylı kəndində yaradıcılığını davam etdirib. Hətta o, oğlunun vasitəsilə iştirak etdiyi onlayn beynəlxaq müsabiqədə qalib gələrək qızıl medal qazanıb.

13 nominasiya üzrə keçirilən beynəlxalq müsabiqədə rəssamın birinci yerə layiq görüldüyü haqda diplom və medal onun yaşadığı ünvana göndərilib.

15

PUA-lar kəşfiyyat üçün havaya qalxdı - Hərbi təlimlərdən möhtəşəm görüntülər

28
(Yenilənib 10:18 18.05.2021)
PUA heyətləri həmçinin şərti düşmənin mövqelərinin, o cümlədən müdafiəsinin dərinliyindəki hədəflərin aşkar edilməsi və müvafiq məlumatların idarəetmə məntəqələrinə göndərilməsi üzrə tapşırıqları icra edir.

Azərbaycan Ordusunda hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının da cəlb olunduğu təlimlər davam edir.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, təlimlər çərçivəsində pilotsuz uçuş aparatlarının (PUA) heyətləri havadan müxtəlif hündürlüklərdə kəşfiyyat aparır.
PUA heyətləri həmçinin şərti düşmənin mövqelərinin, o cümlədən müdafiəsinin dərinliyindəki hədəflərin aşkar edilməsi və müvafiq məlumatların idarəetmə məntəqələrinə göndərilməsi üzrə tapşırıqları icra edir.

https://www.youtube.com/watch?v=zWgZKZbL_04

28

"Eurovision-2021": Azərbaycan təmsilçisi finala yüksəldi

35
Rotterdamda 16 ölkədən olan nümayəndələrin iştirakı ilə beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

BAKI, 19 may — Sputnik. Azərbaycanın "Eurovision-2021" beynəlxalq mahnı müsabiqəsindəki təmsilçisi Samirə Əfəndi (Efendi) mayın 22-də Ahoy zalının səhəsində keçiriləcək finala yüksəlib.

Mayın 18-i gecə saatlarında Rotterdamda müsabiqənin birinci yarımfinalı keçirilib. Yarımfinalda 16 ölkənin - Azərbaycan, Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Maltanın nümayəndələri iştirak ediblər.

Samirə Efendi "Mata Hari" mahnısı ilə 14-cü çıxış edib.

Builki müsabiqənin şüarı “Open up!”-dır. İkinci yarımfinal mayın 20-də keçiriləcək.

Xatırladaq ki, Azərbaycan təmsilçiləri artıq bir dəfə bu mötəbər müsabiqənin qalibi olublar. 2011-ci ildə Eldar Qasımov - Nigar Camal cütlüyü bu uğura imza atıb.

35