Dünyada ilk: Bakıda unikal tanker-muzey qapılarını yaxın zamanda ziyarətçilər üçün açacaq

44
(Yenilənib 02:16 13.03.2021)
Bakıda Azərbaycan dənizçiliyinin keçmişdən gələcəyə doğru gedən tarixini əks etdirən “Suraxanı” adlı tanker muzey kimi fəaliyyətə başlayıb.

“Suraxanı” gəmisinin muzeyə çevrilməsi barədə 2017-ci ildə qərar verilib. Bu prosesdə Böyük Britaniya, Türkiyə, Niderland kimi gəmiçilik tarixi ilə zəngin olan ölkələrin təcrübəsindən istifadə olunub. Qeyd etməliyik ki, bu gəmi öz dövrü üçün ən iri və müasir tankerlərdən biri olub.

Zəngin ekspozisiyası ilə fərqlənən muzeydə qədim nadir eksponlarla yanaşı, yeni innovativ həllər də tətbiq olunub. Burada dənizçiliyin bütün spesifik əməliyyatları ilə həm yaxından tanış olmaq, həm də xüsusi oyun manipulyatorları vasitəsilə həmin əməliyyatları müstəqil şəkildə həyata keçirmək mümkündür. Bununla yanaşı, muzeydə Azərbaycan dənizçiliyinin tarixi də xüsusi yer tutur.

© Sputnik / Səbinə Əsədova / Taleh Mahmudov

360 dərəcəli interaktiv ekranlı kinoteatrda Azərbaycanın tarixinə səyahət etmək olar. Muzeyin maraqlı ekspozisiyalarından biri 1918-ci ilin 28 may tarixində, Cümhuriyyətimizin yarandığı gündə ulduzların düzülməsini əks edən göy xəritəsidir.

Tanker-muzeyin ekspozisiyasında okean və dənizlərdən yığılan flora və fauna nümunələri də sərgilənir.

Gəmidə ziyarətçilərin rahatlığı üçün bütün şərait yaradılıb. O cümlədən 3 dildə audiobələdçi sistemi quraşdırılıb. Burada həmçinin restoran da fəaliyyət göstərəcək.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini Tural İbrahimov: “Birinci və İkinci Qarabağ müharibəsi qaziləri, Böyük Vətən müharibəsi veteranları, o cümlədən şəhid ailələrinə giriş tamamilə pulsuz olacaq. Dənizçilərə, tələbə və şagirdlərə xüsusi güzəştlər nəzərdə tutulub”.

Tanker Bakı bulvarının sahilində lövbər salıb.

Şübhəsiz ki, gələcəkdə post-pandemiya dövründə “Suraxanı” tanker-muzeyi turistlərin sevilən məkanlardan biri olacaq.

 

 

 

44
Teqlər:
eksponat, Suraxanı, tanker, gəmi, muzey

Oruca faydalı yeməklərlə başlayaq: Ramazanda imsaq yeməyi video

18
Artıq müqəddəs Ramazan ayı başlayıb. Bu münasibətlə oruc tutanlar üçün ən faydalı imsaq menyusu – videomuzda.

Ramazan ayında oruc tutmaq insanın nəfsinə hakim olması və mənəvi cəhətdən təmizlənməsi üçün vacibdir.  İlin bu ayında dindarlar sübh tezdən gün batana kimi yemək, su və başqa içkilər qəbul etməkdən, tütün məhsullarından istifadədən imtina edirlər.

İnfoqrafika: Ramazan ayı təqvim 2021
© Sputnik / Elnur Salayev

Ümumiyyətlə, bu bir ay ərzində onların qidalanma forması kəskin şəkildə dəyişir. Düzgün qidalanmamaq isə sağlamlıqla bağlı bir sıra problemlərə yol aça bilər. Ramazanda sübh namazından əvvəl, yəni imsaqda bədənin günün birinci yarısında səmərəli fəaliyyəti üçün lazımi enerjini almasına imkan verən qidalar qəbul edilməlidir. Odur ki, qida rasionuna süd və süd məhsulları, meyvə-tərəvəz, taxıl əsaslı məhsullar daxil etmək vacibdir. Bundan başqa, mütəxəssislər imsaqda yumurta yeməyi və mütləq 3-4 stəkan su içməyi də məsləhət görürlər.

Ramazan ayında düzgün və balanslı qidalanma önəmlidir >>

Bəs imsaqda həm yüngül və faydalı yeməklər yeyib, həm də bütün gün tox qalmaq üçün nə etmək lazımdır? Bu sualın cavabını Sputnik Azərbaycan-a kulinar, Milli Kulinariya Assosiasiyasının üzvü Ziya Şahbazov əyani şəkildə nümayiş etdirib.

18
Teqlər:
video, yemək, imsak, Ramazan

Azərbaycan Ordusunun Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib - VİDEO

21
(Yenilənib 11:55 14.04.2021)
Təlimlərin əsas məqsədi şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsidir.

BAKI, 14 aprel — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimlərdə şəxsi heyət şərti düşmən hədəflərini aşkarlayaraq onların S-125 zenit-raket komplekslərindən məhv edilməsi tapşırıqlarını müvəffəqiyyətlə icra edib.

Təlimlərin əsas məqsədi şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsidir.

21
ABŞ prezidneti Co Bayden, arxiv şəkli

Baydenlə Putinin görüşü yaxın həftələrdə baş tuta bilər

0
"Biz Rusiya ilə stabil və təxmin edilən münasibətləri üstün tuturuq. Bu, öz növbəsində kommunikasiya xətlərinin açıq olmasını tələb edir ki, biz baxışlarımız, siyasət, Rusiyanın hərəkətlərinə qarşı etirazımız barədə aydın danışa bilək" - Blinken.

BAKI, 15 aprel - Sputnik. ABŞ Prezidenti Cozef Bayden rusiyalı həmkarı Vladimir Putinə "yaxın həftələrdə" görüşməyi təklif edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. Bir qədər öncə isə Ağ Ev görüşün yaxın bir neçə ay ərzində baş tuta biləcəyini bildirmişdi.

​"Biz Rusiya ilə stabil və təxmin edilən münasibətləri üstün tuturuq. Bu, öz növbəsində kommunikasiya xətlərinin açıq olmasını tələb edir ki, biz baxışlarımız, siyasət, Rusiyanın hərəkətlərinə qarşı etirazımız barədə aydın danışa bilək. Bu, yanlışlardan qaçmaq üçün vacibdir. Bunu da siz dünən gördünüz: Bayden prezident Putinə zəng vuraraq yaxın həftələrdə görüşməyi təklif etdi", - Blinken Brüsseldə təşkil olunmuş mətbuat konfransında deyib.

0
Teqlər:
görüş, Cozef Bayden, Vladimir Putin