BAKI, 9 mart — Sputnik. Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Cəbrayıl rayonunun Hüseynalılar kəndindən videogörüntülər yayıb.
Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.
Hüseynalılar Cəbrayıl rayonunun Hacılı inzibati ərazi vahidində kənddir. Arazboyu düzənlikdədir. Yaşayış məntəqəsi inqilabdan əvvəl Cəbrayıl qəzasının hacılı icmasına mənsub hüseynalılar tirəsinin məskunlaşması nəticəsində yaranıb.
1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal olunan kəndi 2020-ci il noyabrın 9-da Azərbaycan Silahlı Qüvvələri erməni tapdağından azad edib.
Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən Raket və artilleriya qoşunları bölmələrinin döyüş atışlı taktiki təlimləri başlayıb. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.
Taktiki təlimlərdə döyüş texnikasının geniş tətbiqi ilə ərazidə nümunəvi döyüş atışları keçiriləcək.
Təlimlərdə əsas səylər Vətən müharibəsində əldə edilən təcrübə nəzərə alınmaqla real döyüş şəraitinə uyğun, gündüz və gecə bölmələrin fasiləsiz idarəedilməsi, onların digər qoşun növləri ilə qarşılıqlı əlaqədə döyüş fəaliyyətinin təşkili üzrə praktiki vərdişlərin təkmilləşdirilməsinə yönəldiləcək.
ADA universitetinin tələbəsi Leyla Tağıyevanın ağzı bağlı şəkildə mahnı oxuması və danışması son günlər ölkədə trendə çevrilib. Uşaqlıqdan incəsənətə meylli olan Leyla Sputnik Azərbaycan-a verdiyi müsahibəsində bildirib ki, bu bacarığını bir neçə ay bundan öncə kəşf edib.
Həmsöhbətimiz deyir ki, vantroloqluqda xüsusi bir taktika yoxdur. O, gələcəkdə musiqi bacarıqlarını inkişaf etdirəcəyini bildirib.
Tağıyeva vantroloqluğu onun üçün bir əyləncə olduğunu vurğulayıb.
BAKI, 13 aprel — Sputnik. Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan rayon sakini Natiq İsayevə ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq, o, yaşadığı ünvanı tərk edib. Həmin şəxs polis əməkdaşları tərəfindən ictimai yerdə hərəkətdə olarkən saxlanılıb və evinə geri qaytarılıb.
N.İsayev barəsində Balakən Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.