Perseverance Rover marsoxodunun məqsədlərindən biri NASA üçün Mars üzərindən müxtəlif məlumatlar yığmaqdır.
Yığılmış məlumatlar əsasında alimlər Marsda həyatın olub-olmamağı sualına cavab tapmağı planlaşdırırlar.
Kadrlarda zürafənin bahar günəşindən ləzzət alaraq zebra ilə birlikdə meydançada necə qaçışdığı əks olunur.
Moskva Zooparkının mətbuat xidmətindən bildiriblər ki, Lipa çox sürətli qaçır. Onu da əlavə ediblər ki, ümumiyyətlə, təbiətdə zürafələrin sürəti saatda 60 kilometrə qədər çata bilər.
Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Daş Veysəlli kəndinin görüntülərini yayıb. Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.
1993-cü ildə işğal olunmuş Daş Veysəlli kəndi 2020-ci il oktyabrın 20-də erməni işğalından azad edilib.
Daş Veysəlli Cəbrayıl rayonunun Minbaşılı inzibati ərazi vahidində kənddir. Gəyan çölündədir. Qərib Ağa, Düldül pirləri bu kəndin ərazisində yerləşir.
BAKI, 17 aprel — Sputnik. Türkiyə 6 ildir PKK işğalı altında olan Suriyanın Tel-Rıfat qəsəbəsini və İraq-Suriya sərhəddində yerləşən Sincar bölgəsini terrorçulardan təmizləməyə çalışır.
Sputnik Azərbaycan "Haber7"yə istinadla xəbər verir ki, Tel-Rıfatda Rusiya ordusuna bağlı birliklər bölgəni tərk edərkən yerlərinə İran İnqilab Keşikçilərinin elementləri yerləşdirilib. Digər terror bölgəsi olan Sincara isə Tehrana bağlı "Haşdi Şabi" milisləri yerləşdirilib.
"Hizbullah"ın baş katibi Hüseyin Həmdavi və "Haşdi Şabi"nin qurucusu Hadi əl-Amiri və digərləri Sincar ilə əlaqədar Türkiyəni təhdid ediblər.
"Fərat qalxanı" bölgəsindəki yüksək səviyyəli bir mənbə Tel-Rıfata qarşı hərbi əməliyyat üçün bütün hazırlıqların 2018-ci ildə tamamlandığını, ancaq İranın maneə törətdiyi üçün əməliyyatın təxirə salındığını söyləyib.