Şəhər icra hakimiyyəti və Regional İnkişaf İctimai Birliyin (RİİB) əməkdaşlığı əsasında soyuq hava şəraitində isinməyə ehtiyacı olan Bakı sakinləri üçün sığınacaqlar quraşdırılıb.
Çadırlar Nərimanov rayonunda "Nəriman Nərimanov" metro stansiyasının çıxışında, Yasamal rayonunda "İnşaatçılar" metro stansiyasının çıxışında, Binəqədi rayonunda Azadlıq prospekti metro stansiyasının çıxışında, Sabunçu rayonunda Fətəliyev küçəsində, İmam Rza məscidinin yanında və Xəzər rayonu ərazisində quraşdırılıb
Nəriman Nərimanov metro stansiyasının çıxışında quraşdırılan sığınacaqda Sputnik Azərbaycan-ın əməkdaşları da olublar.
Paytaxt sakinləri Sputnik Azərbaycan-a verdikləri açıqlamalarında bildiriblər ki, pandemiya dövründə avtobuslarda sıxlıq müşahidə olunur.
İnsanların saatlarla avtobus gözləməsi, getdikləri məkana gecikmələrinə səbəb olur. Sakinlər bildiriblər ki, avtobuslar normal sürətlə gedə biləcəkləri yolu iki və üç saata qət edirlər. Dəfələlə ictimai nəqliyyatlardan aidiyyatı qurumlara şikayət olunsa da, şikayətə baxan olmayıb.
Sakinlər avtobuslar arasında intervalların qısa olmasını tələb edirlər
Azərbaycan Müdafiə Nazirliyi Zəngilan rayonunun Ağ oyuq qəsəbəsindən yeni videogörüntülər paylaşıb. Sputnik Azərbaycan xəbər verir ki, Ağ oyuq qəsəbəsi 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ilin oktyabrında isə əks-hücum nəticəsində Azərbaycan ordusu tərəfindən işğaldan azad edilib.
Ağ oyuq qəsəbəsi işğaldan qabaq daş heykəllər muzeyi ilə məşhur olub. Burada müxtəlif dövrlərə aid daş abidələri mövcud idi.
Qəsəbədən çəkilmiş ən son görüntüləri təqdim edirik.
BAKI, 15 aprel — Sputnik. Gecə saatlarında iki nəfər maskalı şəxs Balakən rayonu Katex kəndində tək yaşayan ahıl qadının evinə daxil olaraq onun əllərini və ağzını bağlayıb, pul və qızılların yerini deməsi üçün bıçaqla hədə-qorxu gəliblər. Məqsədlərinə nail olduqdan sonra qadına xəsarət yetirib oradan uzaqlaşıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qeyd edilən quldurluğu törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndliləri – Nicat Teneşov və Samir Abdulhəmidov tutularaq istintaqa təqdim ediliblər. Quldurluq yolu ilə ələ keçirdikləri qızılların bir qismi onlardan maddi sübut kimi götürülüb.
Davam etdirilən araşdırmalarla N.Teneşovun 5 il əvvəl – 2016-cı ilin aprel-may aylarında yaşadığı Katex kəndi ərazisində daha 3 fərdi yaşayış evindən ümumi dəyəri 10 min manata yaxın olan qızıl-zinət əşyaları, 4 min manat pul və 15 min rus rublunu oğurladığı, izi itirmək üçün isə həmin evləri yandırdığı məlum olub.
Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.