Müdafiə Nazirliyi Vətən müharibəsi zamanı Su-25 və döyüş helikopterləri ilə Ermənistan ordusuna vurulan aviazərbələri əks etdirən videogörüntülər yayımlayıb.
Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.
Ramazan ayında oruc tutmaq insanın nəfsinə hakim olması və mənəvi cəhətdən təmizlənməsi üçün vacibdir. İlin bu ayında dindarlar sübh tezdən gün batana kimi yemək, su və başqa içkilər qəbul etməkdən, tütün məhsullarından istifadədən imtina edirlər.
Ümumiyyətlə, bu bir ay ərzində onların qidalanma forması kəskin şəkildə dəyişir. Düzgün qidalanmamaq isə sağlamlıqla bağlı bir sıra problemlərə yol aça bilər. Ramazanda sübh namazından əvvəl, yəni imsaqda bədənin günün birinci yarısında səmərəli fəaliyyəti üçün lazımi enerjini almasına imkan verən qidalar qəbul edilməlidir. Odur ki, qida rasionuna süd və süd məhsulları, meyvə-tərəvəz, taxıl əsaslı məhsullar daxil etmək vacibdir. Bundan başqa, mütəxəssislər imsaqda yumurta yeməyi və mütləq 3-4 stəkan su içməyi də məsləhət görürlər.
Ramazan ayında düzgün və balanslı qidalanma önəmlidir >>
Bəs imsaqda həm yüngül və faydalı yeməklər yeyib, həm də bütün gün tox qalmaq üçün nə etmək lazımdır? Bu sualın cavabını Sputnik Azərbaycan-a kulinar, Milli Kulinariya Assosiasiyasının üzvü Ziya Şahbazov əyani şəkildə nümayiş etdirib.
BAKI, 14 aprel — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib.
Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimlərdə şəxsi heyət şərti düşmən hədəflərini aşkarlayaraq onların S-125 zenit-raket komplekslərindən məhv edilməsi tapşırıqlarını müvəffəqiyyətlə icra edib.
Təlimlərin əsas məqsədi şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsidir.
BAKI, 14 aprel - Sputnik. Türkiyə Silahlı Qüvvələrinin İraq Kürdüstanında yerləşən bazası raket atəşinə tutulub.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, İrsq təhlükəsizlik qüvvələrinin mənsubu raketin Baaşika şəhərində yerləşən Türkiyə SQ düşərgəsinin ərazisinə düşdüyünü söyləyib. Onun sözlərinə görə, xəsarət alanlar barədə məlumat yoxdur.
Irak Kürdistan Bölgesel Yönetimi Güvenlik Ajansı, en az bir füzenin Erbil Uluslararası Havalimanı'nı hedef aldığını duyurduhttps://t.co/5wtOHVBMJy
— Evrensel Gazetesi (@evrenselgzt) April 14, 2021
Daha bir raket isə yaxınlıqdakı kəndə düşüb, bir mülki şəxs yaralanıb. Mənbənin sözlərinə görə, Ərbil aerodromu ərazisinə də raket düşb.
Baaşik ilə Ərbil arasında mısafə 90 km-dir.
L`Orient-Le-Jour nəşri isə Ərbildə Amerika əsgərlərinin hədəf alındığını bildirib.