Biləcəri qəsəbəsi, Yəhya Hüseynov, döngə 5 ünvanı hər kəsin ziyarətgahına çevrilib.
İdeya müəllifi gənc Ağa Mehdi iyul hadisələrindən çox təsirlənərək Biləcəridə yaşadığı məhəllənin divarlarını öz hesabına təmir etdirir. Daha sonra gənc rəssam Elnur Şirinova bu divarlarda qəhrəmanlarımızın portretlərinin əks olunmasını təklif edir. Beləcə ruhsuz, bir zaman heç bir məna ifadə etməyən divarlar həyatı, ölümü ilə tarix yazan Polad Həşimov və digər qəhrəmanların rəsmlərinin çəkilməsi üçün hazır vəziyyətə gətirilir.
İdeya müəllifi bu layihəni davam etdirmək istəyir.
BAKI, 5 mart — Sputnik. Azərbaycan Müdafiə Nazirliyi Ağdam rayonunun Tağıbəyli kəndindən yeni çəkilmiş videogörüntüləri yayıb.
Tağıbəyli kəndi rayon mərkəzindən 20 km. şimal-şərqdə, Qarabağ düzündə yerləşir. Ağdam rayonunun Güllücə və Suma kəndləriylə qonşudur. Tağıbəyli kəndi 16 aprel 1994-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. 2020-ci ilin sonlarında işğaldan azad edilib.
Sputnik Azərbaycan Tağıbəyli kəndindən yeni çəkilmiş videogörüntüləri təqdim edir.
BAKI, 5 mart — Sputnik. Müdafiə Nazirliyi Füzuli rayonunun Yuxarı Rəfədinli kəndindən videogörüntülər yayıb.
Sputnik Azərbaycan görüntüləri təqdim edir.
Yuxarı Rəfədinli Qarabağ silsiləsinin ətəyində yerləşir. Keçmiş adı Rəfədinli olub. Ondan yaranmış məntəqə Aşağı Rəfədinli, əvvəlki kənd isə Yuxarı Rəfədinli adlandırılıb. Rəfədinli - kəndin əsasını qoymuş nəslin adıdır.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. 2020-ci il oktyabrın 22-də Azərbaycan Silahlı Qüvvələri kəndi erməni tapdağından azad edib.
BAKI, 6 mart - Sputnik. İlin sonuna qədər Rusiya məktəbləri yalnız təsdiqlənmiş kontentə giriş üçün nəzərdə tutulan Wi-Fi şəbəkəsinə qoşulacaq. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiyanın Təhsil Naziri Sergey Kravtsov "Rossiya24" telekanalının efirində Nailə Əsgər-Zadəyə verdiyi müsahibəsində deyib.
"Biz uşaqları təəssüf ki, alçaq məqsədlərlə yayılmış, qətiyyən qəbuledilməz olan neqativ informasiyalardan qoruyacağıq", - deyə nazir bildirib.
Kravtsov ilin sonuna qədər bütün şəhər məktəblərinin saniyədə ən az 100 meqabit, kənd məktəblərinin saniyədə 50 meqabit sürətlə internetə qoşulacağını vurğulayıb.
Bu həftənin əvvəlində Vladimir Putin Daxili İşlər Nazirliyinin kollegiya iclasında interneti izləməyin və uşaqları orada qanunsuz hərəkətlərə cəlb edənlərin müəyyənləşdirilməsinin vacibliyindən danışıb.
Daha sonra "Biz Birlikdəyik" aksiyasının iştirakçıları ilə görüşdə prezident internet vasitəsilə uşaqlar arasında uşaq pornoqrafiyasının və narkotik maddələrin təbliğ olunduğunu qeyd edib.
O, həmçinin vurğulayıb ki, internet belə şəxslər üçün yetkinlik yaşına çatmayanlardan istifadə edərək qazanc əldə etmək mənbəyidir. Bundan sonra İstintaq Komitəsinin rəhbəri Aleksand Bastrıkin tabeliyində olanlara "internetə sızmağı" və rəqəmsal cinayətlərlə daha aktiv işləməyi tapşırıb.