Zəngilan rayonunun İkinci Alıbəyli kəndindən videogörüntülər

11
Ötən il oktyabrın 25-də Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rabənd, Yenikənd kəndləri erməni işğalından azad edilib.

BAKI, 21 fevral — Sputnik. Zəngilan rayonunun İkinci Alıbəyli kəndindən videogörüntülər yayılıb.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən görüntüləri təqdim edir.

Kənd Həkəri çayının sahilində, Bərgüşad silsiləsinin ətəyindədir. Keçmiş adı Balabəyli olub. Yaşayış məntəqəsini Ağdam rayonunda vaxtilə mövcud olmuş Alıbəyli kəndindən köçüb gəlmiş ailələr salıblar. Kəndin ərazisi əvvəllər Alıbəyli kəndinə məxsus yaylaq yeri olub.

1993-ci ildə Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal edilib. 2020-ci il oktyabrın 25-də Azərbaycan Respublikası Silahlı Qüvvələri kəndi erməni tapdağından xilas edib.

11
Teqlər:
Azərbaycan, Qarabağ, video, kənd, Zəngilan

Füzuli rayonunun Yuxarı Rəfədinli kəndi - VİDEO

6
Yuxarı Rəfədinli 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. 2020-ci il oktyabrın 22-də Azərbaycan Silahlı Qüvvələri kəndi erməni tapdağından azad edib.

BAKI, 5 mart — Sputnik. Müdafiə Nazirliyi Füzuli rayonunun Yuxarı Rəfədinli kəndindən videogörüntülər yayıb.

Sputnik Azərbaycan görüntüləri təqdim edir.

Yuxarı Rəfədinli Qarabağ silsiləsinin ətəyində yerləşir. Keçmiş adı Rəfədinli olub. Ondan yaranmış məntəqə Aşağı Rəfədinli, əvvəlki kənd isə Yuxarı Rəfədinli adlandırılıb. Rəfədinli - kəndin əsasını qoymuş nəslin adıdır.

Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. 2020-ci il oktyabrın 22-də Azərbaycan Silahlı Qüvvələri kəndi erməni tapdağından azad edib.

6
Teqlər:
Azərbaycan Müdafiə Nazirliyi, video, kənd, Azərbaycan, Füzuli, Qarabağ

Gürcü xanımın Bakı ilə 20 illik eşq macərası

27
(Yenilənib 11:51 05.03.2021)
Dali Qoqoladze etiraf edir ki, həyatı bir daha yaşamaq imkanı olsaydı, yenə Bakıya köçüb gələrdi. Restoran sahibi və baş aşpaz gürcü xanımla müsahibəni videomuzdan izləyin.

“Azərbaycan əcnəbilərin gözü ilə” rubrikamızın budəfəki qonağı gürcü xanım Dali Qoqoladzedir. 

İyirimi il bundan əvvəl oğlu ilə Bakıya səfər edən Dali burada qalıb yaşamaq və öz biznesini qurmaq qərarına gəlir. Hazırda Dali Qoqoladze gürcü mətbəxi üzrə uğur qazanmış restoran sahibi və baş aşpazdır. Onun adı təkcə Bakıda deyil, şəhərimizin hüdudlarından kənarda da yaxşı tanınır.

Qonaqlar etiraf edirlər ki, onun hazırladığı yeməklərin dadına yalnız bir dəfə baxmaqla gürcü mətbəxinə valeh olmaq mümkündür. Dalinin gülərüz və mehribanlığı da öz yerində.

Gürcü xanımın Azərbaycan sevgisi qarşılıqlıdr. Bu illər ərzində Qoqoladze ailəsi nəvələrin hesabına bir xeyli genişlənib.

“Azərbaycan mənim ikinci vətənim, Bakı isə ikinci evimdir”, – deyə Dali etiraf edir.

Müsahibə götürdüyümüz vaxt o, bütün qadınları 8 Mart bayramı münasibətilə Azərbaycan dilində təbrik etdi.

27
Palmali Holdingin rəhbəri Mübariz Mənsimov

Mübariz Mənsimov barədə məhkəmə qərar verdi

9
(Yenilənib 14:21 05.03.2021)
İstanbul Baş Prokurorluğunun qərarı ilə "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov ötən ilin mart ayında həbs edilmiş və onun yaşadığı evlərdə axtarış aparılmışdı

BAKI, 05 mart - Sputnik. Azərbaycanlı iş adamı, Türkiyədə FETÖ ilə əlaqədə ittiham edilərək həbs olunan və İstanbul 27-ci Ağır Cəza Məhkəməsində haqqında cinayət işi açılan Mübariz Mənsimov ev dustaqlığına buraxılıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə "Palmali" şirkətlər qrupunun rəsmisi Fidan Quliyeva Facebook səhifəsində yazıb. 

Qeyd edək ki, martın 3-də İstanbul Baş Prokurorluğu Mübariz Mənsimovun təxliyəsini istəyib. Baş Prokurorluğun tələbnaməsində qeyd olunur: "Məhkəmə prosesinin gəldiyi mərhələ: müttəhimə cinayətə görə nəzərdə tutulan/veriləcək cəzanın miqdarı, şübhəlinin həbsdə saxlanılma müddəti, həbs qətimkan tədbiri, tədbirdən gözlənilən fayda məhkəmə nəzarəti ilə əldə edilə bilər və evini tərk etməmək şərtilə məhkəmə nəzarətinin həyata keçirilməsinə qərar verilməsi tələb olunur".

Bu il yanvarın 13-də Mübariz Mənsimovun növbəti məhkəmə iclası keçirilmiş və bu günə - martın 5-dək təxirə salınmışdı. 

İstanbul Baş Prokurorluğunun qərarı ilə "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov ötən ilin mart ayında həbs edilib və onun yaşadığı evlərdə axtarış aparılıb. Türkiyə mətbuatının xəbərinə görə, onu Fətullah Gülənlə bağlı aparılan istintaq çərçivəsində saxlayıblar.

9