Rusiya İran hərbçiləri gəmini quldurların əlindən aldılar: Okeanda təlimlər - VİDEO

15
(Yenilənib 13:49 19.02.2021)
Hind okeanında Rusiya və İranın birgə hərbi-dəniz təlimi keçirilib. Ssenariyə əsasən hərbiçilər gəmini dəniz quldurlarının əlindən aldılar.

Ssenariyə əsasən, ticarət gəmisinə dəniz quldurları hücum edir. Dənizçilər onu xüsusi təyinatlıların köməyi ilə geri qaytarmalı olurlar. Təlim vaxtı hərbçilər gəminin yedəklənməsi və yanğının söndürülməsi prosesini də sınaqdan keçiriblər.

“Dəniz təhlükəsizliyi kəməri – 2021” təlimi 17 min kvadrat kilometrlik su hövzəsində həyata keçirilib. Hind okeanında baş tutan təlimdən bir fraqmenti videomuzdan izləyə bilərsiniz.

15

Ağdam rayonunun Güllücə kəndindən videogörüntülər

18
(Yenilənib 17:01 01.03.2021)
Müdafiə Nazirliyi Ağdam rayonunun Güllücə kəndindən videogörüntülər paylaşıb. Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, Ağdam rayonu 2020-ci il noyabrın 20-də erməni işğalından azad edilib.

18

Bavariyanın şirniyyat dükanında yumorsevər alıcılar üçün qeyri-adi "peyvəndli" pişi

14
(Yenilənib 17:45 28.02.2021)
Bavariyada şirniyyatçılar qeyri-adi görünüşü ilə fərqlənən pişiləri təqdim edərkən alıcılar tərəfindən belə böyük maraq gözləmirdilər. Xüsusi yumorla bəzədilmiş şirniyyatları görmək üçün videonu izləyin.

Təbəssüm yaradan şirniyyatların içi vanil pudinqi ilə doldurulub, üstü isə koronavirus formasında bəzədilib. COVID dizaynlı pişinin üzərinə isə çiyələklə limonlu “tibbi şpris” də əlavə olunub.

Alıcılar isə şirniyyatçıların yumoruna yetərincə dəyər verərək həmin məhsulu qısa zaman ərzində alıb, mağazanı boşaldırlar.

14
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: “Yuxarı sinif şagirdləri üçün əyani təhsil bərpa olunacaq”

0
Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

BAKI, 1 mart - Sputnik. “Türkiyədə ÇOVID-19-la mübarizə tədbirləri ilə əlaqədar yeni nəzarətli normallaşma mərhələsi başlayır”. 

APA-nın xəbərinə əsasən, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetindəki növbəti toplantısından sonra bildirib.

Prezident deyib ki, Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılması mavi, sarı, narıncı, qırmızı (zəif, orta, yüksək və çox yüksək) rənglərlə fərqləndirilməklə mübarizə tədbirləri bu dərəcələrə uyğun aparılacaq. 

Zəif və orta riskli ərazilərdə koronavirusla mübarizə tədbirləri ilə əlaqədar sərtləşdirilmiş qaydalar ləğv ediləcək, infeksiyanın yayılması yüksək və çox yüksək olan ərazilərdə isə yayılma dərəcəsinə görə, qaydalar ya saxlanılacaq, ya da daha çox sərtləşdiriləcək. 

Zəif və orta riskli ərazilərdə həftəsonu küçəyə çıxma qadağası yalnız bazar günlərinə şamil ediləcək, şənbə günləri bu məhdudiyyət ləğv olunacaq, axşam saat 21.00-dan səhər saat 5-dək ölkə boyu küçəyə çıxma məhdudiyyəti isə saxlanılacaq. 

Ərdoğan deyib ki, ölkədə 8-ci sinifdən başlayaraq yuxarı sinif şagirdləri üçün ənənəvi əyani təhsil bərpa olunacaq, zəif və orta riskli ərazilərdə isə ibtidai siniflər də daxil məktəblər açılacaq. 

Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

Yaşı 65-dən yuxarı olanlar və 21 yaşdan aşağı kateqoriyaya daxil olan gənclərin küçəyə çıxma məhdudiyyətləri zəif və orta riskli yerlərdə ləğv edilsə də, yüksək riskli yerlərdə bu qaydalar saxlanılacaq, çox yüksək riskli yerlərdə isə əksinə, artırılacaq. 

Qeyd edək ki, Türkiyənin eyni nəzarətli normallaşma mərhələsinə görə, böyük şəhərlərdə Şanlıurfa, Dyarbəkir zəif (mavi) risk,  Ankara, Manisa orta (sarı) risk, İstanbul və İzmir yüksək (narıncı) risk, Konya isə çox yüksək (qırmızı) risk qrupuna daxildir.

0