İxtisasca maliyyəçi olan Lerik sakini 48 yaşlı İlqamət Hadıyev yaşadığı rayonda həm də xalça ustası kimi tanınır. Adətən qadınların məşğul olduğu bu sənətə onun marağı uşaqlıqdan yaranıb. Çünki anası dövrünün məşhur xalça ustalarından biri olub. Bu sənətə həm də maliyyəçi gözü ilə baxan İlqamət yeni bir biznes ideya düşünərək reallaşdırır. Belə ki, o ölkədə ilk dəfə miniatür xalça toxumağa başlayır. İlk uğurlu layihəsi isə müxtəlif ölkələrin bayraqlarını miniatür xalça formasında toxumaq olur. Beləliklə, 2010-cu ildə "Mondigah-2010" adlı ilk əl işi meydana gəlir. İlqamət Hadıyev artıq “Ginnesin Rekordlar Kitabı”na düşmək üçün çalışır.
"Ukraynada yaşayan bir vətəndaşın toxuduğu və “Ginnesin Rekordlar Kitabı”na ən kiçik xalça kimi iddia edilən miniatür xalçanın ölçüsü 2x3 santimetrdir. Mənim toxuduğum miniatür xalça isə 1,9x2,8 santimetrdir. Bu xalçanın adı “Buta”dır. Burada cəmi 1500 ilmə var. Hər çində 30 ilmə var və cəmi 50 çin var. Azərbaycan Dövlət bayrağının rənglərinə uyğun olaraq butaların rəngi göy, qırmızı, yaşıl rəngdədir. Bu xalça “Dünyanın ən kiçik xalçası” adına iddialıdır", - İlqamət Hadıyev bildirib.
İlqamət Hadıyev deyir ki, böyük xalçalarda həm sintetik, həm yarısintetik, həm də yun saplardan istifadə edilir. Miniatür xalçada isə yalnız ipək sap, əriş və iynə sap lazım olur. Çünki hər kvadrat santimetrə maksimum sayda ilmə düşsün deyə ən nazik saplardan istifadə olunur.
Qeyd edək ki, gül satıcıları suallarımızı cavablandırmaqdan yayınırdılar. Buna baxmayaraq, redaksiyamız bayramqabağı satılan güllərin qiymətini araşdırdı. Araşdırmadan müəyyən olundu ki, bazarda bir zanbağın qiyməti 5, qızılgülün isə 6 manatdır. Beləliklə, 5 dənə güldən ibarət sadə dəstənin qiyməti 25-30 manat təşkil edir.
Sorğunun əsas məqsədlərindən biri də şəhər sakinlərinin qadınlar bayramına münasibətini araşdırmaq idi.
Məlum oldu ki, qadınlar həmin gün təkcə gül dəstələri, ətir və s. kimi hədiyyə gözlədikləri kimi, özləri də həmcinslərini təbrik etmək niyyətindədirlər. Kişi respondentlərin əksəriyyəti isə qadınları təbrik etmək niyyətində olsa da hədiyyələrin alınmasını hələ də uzadır. Çoxları isə gül qiymətləri ilə hələ də maraqlanmayıb.
Kamera önündə cavab verməkdən çəkinən respondentlər bunu maddi durumlarının çətinləşməyi ilə izah etdilər.
Sorğumuzu ətraflı videoda izləyin.
Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Papı kəndindən videogörüntülər paylaşıb. Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.
BAKI, 7 mart - Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər sakini İ.Vəliyevin qonşusuna məxsus yaşayış evində oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları həmin məclisdə iştirak edənlərə bir daha xüsusi karantin rejiminin qaydalarını izah ediblər.
Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.