Xocavəndin Binə kəndinin yeni görüntüləri

39
(Yenilənib 10:08 16.02.2021)
Müdafiə Nazirliyi Ermənistanın işğalından azad edilmiş Xocavənd rayonunun Binə kəndindən videogörüntülər yayıb.

Azərbaycan Müdafiə Nazirliyi Xocavənd rayonunun Binə kəndindən çəkilmiş yeni videogörüntüləri yayıb.  

Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

39

Xeyirxah Bakıda isinməyə ehtiyacı olanlar üçün çadırlar quraşdırılıb - VİDEO

11
(Yenilənib 15:28 25.02.2021)
Bakı sakinləri sığınacaq kimi quraşdırılmış çadırlarda soyuqdan isinə, isti çay içə və hətta yemək yeyə bilərlər. Sığınacaqların təşkilini görmək üçün videomuzu izləyin.

Şəhər icra hakimiyyəti və Regional İnkişaf İctimai Birliyin (RİİB) əməkdaşlığı əsasında soyuq hava şəraitində isinməyə ehtiyacı olan Bakı sakinləri üçün sığınacaqlar quraşdırılıb.

© Sputnik / Kamilla Əliyeva / Taleh Mahmudov

Çadırlar Nərimanov rayonunda "Nəriman Nərimanov" metro stansiyasının çıxışında, Yasamal rayonunda "İnşaatçılar" metro stansiyasının çıxışında, Binəqədi rayonunda Azadlıq prospekti metro stansiyasının çıxışında, Sabunçu rayonunda Fətəliyev küçəsində, İmam Rza məscidinin yanında və Xəzər rayonu ərazisində quraşdırılıb

Nəriman Nərimanov metro stansiyasının çıxışında quraşdırılan sığınacaqda Sputnik Azərbaycan-ın əməkdaşları da olublar.

11

Vətən müharibəsində aviasiyamız necə döyüşüb - VİDEO

37
(Yenilənib 11:08 25.02.2021)
Müdafiə Nazirliyi Vətən müharibəsi zamanı Su-25 və döyüş helikopterləri ilə Ermənistan orusuna vurulan aviazərbələri əks etdirən videogörüntülər yayımlayıb.

Müdafiə Nazirliyi Vətən müharibəsi zamanı Su-25 və döyüş helikopterləri ilə Ermənistan ordusuna vurulan aviazərbələri əks etdirən videogörüntülər yayımlayıb.

Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

37
Teqlər:
Azərbaycan Müdafiə Nazirliyi, Azərbaycan, Qarabağ, video, döyüş, hərbi aviasiya
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Xocalıdan olan qızcığaz

Tariximizin qara günü - Xocalı soyqırımından 29 il ötür

0
Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkəsində qeyd olunur. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdiklərini əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir

BAKI, 26 fevral - Sputnik. Azərbaycanın Xocalı şəhərində ermənilərin dinc sakinlərə qarşı törətdikləri soyqırımının 29-cu ili tamam olur.

Sputnik Azərbaycan-ın məlumatına görə, erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə hücuma keçiblər.

Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkəsində qeyd olunur. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdiklərini əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.

2008-cu ilin mayından İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya Ədalət" kampaniyası keçirilir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.

0
Teqlər:
erməni terroru, Qarabağ, Azərbaycan, Xocalı soyqırımı