"Sən səssizliyi qorumalısan ki, düşmən səni eşitməsin" qazi Şuşa döyüşlərindən danışıb

55
(Yenilənib 15:24 11.02.2021)
Daxili Qoşunların Xüsusi Təyinatlı Qüvvələrinin giziri Rasim Yaxin də 44 günlük Vətən müharibəsinin qəhrəmanlarındandır.

Rasim Yaxin sentyabrın 27-də, Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb. Döyüşlərə Kəlbəcər istiqamətindən başlayan Rasim Cəbrayıl və Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Qazi bildirir ki, Şuşa üçün 3 gün piyada yol gediblər və düşmənin gözləmədiyi istiqamətdən hücuma keçiblər.

Rasim Yaxin ermənilərin atdığı minaatan mərmisindən ağır xəsarət alıb və sol gözünün funksiyası itirib. O, özünə gəldikdən sonra yanındakı döyüşçü yoldaşını silkələyərək ayıltmaq istəyib və bu zaman sol biləyinin olmadığını görüb.

Rasim döyüş yoldaşlarının köməyi ilə yaxınlıqdakı evə yerləşdirilib. Bir gün yaralı halda orada qaldıqdan sonra isə tibbi heyətin köməyi ilə hospitala çatdırılıb və üzərində 3 əməliyyat aparılıb.

Qazi “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib.

55

Ağdamın Tağıbəyli kəndi - VİDEO

6
(Yenilənib 16:31 05.03.2021)
Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad edilmiş Ağdam rayonunun Tağıbəyli kəndindən videogörüntülər yayıb.

BAKI, 5 mart — Sputnik. Azərbaycan Müdafiə Nazirliyi Ağdam rayonunun Tağıbəyli kəndindən yeni çəkilmiş videogörüntüləri yayıb.

Tağıbəyli kəndi rayon mərkəzindən 20 km. şimal-şərqdə, Qarabağ düzündə yerləşir. Ağdam rayonunun Güllücə və Suma kəndləriylə qonşudur. Tağıbəyli kəndi 16 aprel 1994-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. 2020-ci ilin sonlarında işğaldan azad edilib. 

Sputnik Azərbaycan Tağıbəyli kəndindən yeni çəkilmiş videogörüntüləri təqdim edir.

6

Füzuli rayonunun Yuxarı Rəfədinli kəndi - VİDEO

12
Yuxarı Rəfədinli 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. 2020-ci il oktyabrın 22-də Azərbaycan Silahlı Qüvvələri kəndi erməni tapdağından azad edib.

BAKI, 5 mart — Sputnik. Müdafiə Nazirliyi Füzuli rayonunun Yuxarı Rəfədinli kəndindən videogörüntülər yayıb.

Sputnik Azərbaycan görüntüləri təqdim edir.

Yuxarı Rəfədinli Qarabağ silsiləsinin ətəyində yerləşir. Keçmiş adı Rəfədinli olub. Ondan yaranmış məntəqə Aşağı Rəfədinli, əvvəlki kənd isə Yuxarı Rəfədinli adlandırılıb. Rəfədinli - kəndin əsasını qoymuş nəslin adıdır.

Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. 2020-ci il oktyabrın 22-də Azərbaycan Silahlı Qüvvələri kəndi erməni tapdağından azad edib.

12
Teqlər:
Azərbaycan Müdafiə Nazirliyi, video, kənd, Azərbaycan, Füzuli, Qarabağ
NATO-nun Baş katibi Yens Stoltenberq, arxiv şəkli

Yens Stoltenberq: Gürcüstan Ukrayna NATO üzvü olacaqlar

0
NATO-nun Baş katibi: "Buxarest sammitində qərara gəldik ki, Ukrayna və Gürcüstan NATO üzvü olacaq. Amma dəqiq tarix demədik".

BAKI, 5 mart - Sputnik. "Gürcüstan və Ukrayna tarixi və coğrafi baxımdan müxtəlif ölkələr olsalar da, hər ikisi NATO-ya üzv olmağa can atır və biz bu işdə onlara kömək edəcəyik".

Sputnik Azərbaycan Rossiya1 telekanalına istinadla xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüggedə Avropa Kollecindəki çıxışı zamanı bəyan edib.

"NATO-nun qapıları açıq olaraq qalır. Buxarest sammitində qərara gəldik ki, Ukrayna və Gürcüstan NATO üzvü olacaq. Amma dəqiq tarix demədik. Çünki bu ölkələr NATO-ya üzv olmaq üçün alyansın standartlarına cavab verməlidirlər", - deyə Y.Stoltenberq bildirib.

Onun sözlərinə görə, adıçəkilən ölkələr bütün diqqətini islahatlar, demokratik institutların möhkəmlənməsi və korrupsiyaya qarşı mübarizə istiqamətinə yönəltməlidir. Bu, Ukrayna və Gürcüstana NATO-ya üzv olmaq üçün kömək edəcək.

Baş katib həmçinin heç bir ölkənin, o cümlədən də Rusiyanın bu prosesə mane ola bilməyəcəyini qeyd edib.

0
Teqlər:
Gürcüstan, Ukrayna, baş katibi Yens Stoltenberq, Yens Stoltenberq, NATO