QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağda monitorinq: Ağdamdakı Rusiya-Türkiyə Mərkəzindən - VİDEO

Abunə olmaq
Sputnik Azərbaycan-ın çəkiliş qrupu Dağlıq Qarabağda atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində olub. Videomuzu izləyin.

Dağlıq Qarabağdakı münaqişə zonasında atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Azərbaycan Respublikasının ərazisində Rusiya Federasiyası ilə Türkiyə Respublikası arasında 2020-ci il noyabrın 20-də imzalanmış Memoranduma uyğun olaraq yaradılıb.

Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi - Sputnik Azərbaycan, 1920, 05.02.2021
FOTO
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Sputnik Azərbaycan-ın fotolentində

Bu il yanvarın 30-da Mərkəz Azərbaycanın Ağdam rayonunda fəaliyyətə başlayıb. Birgə mərkəz bütün lazımi texnika ilə təchiz olunub. Burada hərbçilərin yaşayışı və asudə vaxtı üçün gərəkli infrastruktur yaradılıb – idman zalları, istirahət otağı, camaşırxanalar, bərbərxanalar, voleybol və basketbol meydançaları. Eləcə də məscid və kilsə də fəaliyyət göstərir.

Müştərək mərkəzin işi barədə ətraflı videomuzda izləyin.

Xəbər lenti
0