Əsgərlərimiz çətin şəraitdə məşq edirlər - VİDEO

23
(Yenilənib 21:35 04.02.2021)
Türkiyə Respublikasında keçirilən “Qış təlimi-2021”də Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdirirlər.

BAKI, 4 fevral — Sputnik. Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları təlimə hazırlıq məşqlərini bitirərək aktiv fazada fəaliyyətləri icra edirlər.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, hərbi qulluqçularımızın bir qrupu Qars şəhərindəki təlim mərkəzində çətin relyefli və qarlı ərazilərdə, digər bir qrupu isə Kayseri şəhərində paraşütçü komandolar hazırlayan mərkəzdə məşqlərə cəlb ediliblər.

Çətin iqlimi və relyefi ilə fərqlənən ərazilərdə döyüş əməliyyatlarının aparılması tapşırıqlarını yerinə yetirən heyətlərin ərazidə məskunlaşma qabiliyyətləri və təchizatları da yoxlanılır.

23
Teqlər:
qarlı-şaxtalı hava şəraiti, paraşüt, hərbi təlimlər, qış, Qars, Türkiyə, Azərbaycan Ordusu, hərbçilər

Dünyanın məşhur şəlalərindən biri kəskin şaxtaların qurbanı oldu - VIDEO

5
(Yenilənib 13:21 27.02.2021)
Havaların kəskin soyuqlaşması bütün dünyada maraqlı hadisələrə səbəb olub. Hətta ABŞ və Kanada sərhədindəki Niaqara şəlaləsi də donub

Havaların kəskin soyuqlaşması bütün dünyada maraqlı hadisələrə səbəb olub. Belə ki, ABŞ və Kanada sərhədində yerləşən Niaqara şəlaləsi də donub.

Donmuş şəlalə mənzərəsi görmək istəyən turistlərin sayı bu səbəbdən xeyli artıb.

5

Şaxtalı fevral gecəsi bütün ailəsini itirən 81 yaşlı kişinin dəhşətli xatirələri

33
Xocalı faciəsinin şahidi 81 yaşlı Baloğlan Allahyarov bu qanlı gecədəki hadisələri heç zaman unutmayacağını bildirir. Həmin şaxtalı gecənin dəhşətli xatirələrindən biri ilə videomuzda tanış ola bilərsiniz.

Xocalıdan əli yalın, başıaçıq çıxanda Baloğlan Allahyarovun 51 yaşı vardı. Şaxtalı fevral gecəsi o da ailəsi ilə birgə ermənilərin qətliamından qurtulmağa çalışırdı. Həmin gecə o da dəhşətli faciə yaşadı. 21 yaşlı oğlu Etibarı, 20 yaşlı gəlini Çiçəyi və həyat yoldaşı Qəmzə xanımı itirdi. Yeganə övladı Etibar Allahyarov o zaman Xocalı aeroportu istiqamətində itkin düşüb. 81 yaşlı Baloğlan kişi indiyədək onun nə ölüsü, nə dirisi haqda xəbər ala bilmir. Baş verən hadisədən 29 il ötsə də, Xocalı sakini o gecəni heç vaxt yaddan çıxara bilmədiyini deyir.

Onun sözlərinə görə, ermənilər uşaq, qadın, ahıl demədən hər kəsi işgəncə ilə öldürüblər. Çobanın cibindən Quran kitabı çıxanda isə onu yandırmaq haqda əmr veriblər.

Baloğlan Allahyarov, Xocalı sakini: "Ordan - yamacın başından qumbaranı bizim başımıza atdılar. Torpağı necə sovurdusa... Bax, elə bil, mən burada oturmuşam, 40-50 nəfər orada. Baxdım gördüm ki, məndən aşağıdakıların hamısının başını elə bil toyuğun başı kimi kəsib üzürlər. Bax elə üzüblər. Başları, əlləri parçalandı. O vaxt ferma müdiri işləyirdim. Təvəkkül adında bir çobanım vardı, laçınlı idi. Onu tutmuşdular. Cibindən Quran kitabı tapmışdılar deyə onu odlamışdılar".

Xocalıda doğmalarını itirdikdən sonra Ağdam rayonuna pənah gətirən Baloğlan Allahyarov daha sonra Mingəçevir şəhərində məskunlaşır. Ölkə başçısı İlham Əliyev nur şəhərinə səfəri zamanı Xocalı sakininin evində olub.

 

33

Ombudsman: Ermənistan etnik nifrət siyasətindən çəkinməlidir

0
(Yenilənib 13:44 27.02.2021)
Həm siyasi sabitlik, həm də iqtisadi inkişaf baxımından yalnız Azərbaycan və Ermənistan deyil, bütün bölgə bundan faydalanacaqdır.

BAKI, 27 fevral — Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Ermənistanın nifrət siyasəti və Xocalı soyqırımı" adlı məqalə yazıb.

Sputnik Azərbaycan məqaləni təqdim edir:

"Digər millətlərə qarşı nifrət Ermənistanda dövlət siyasətinin əsas tərkib hissəsidir. Bunu bölgədəki mövcudluqlarını qorumaq üçün əsas vasitə hesab edirlər. Şübhəsiz ki, cəmiyyətdə digər millətlərə qarşı nifrətin, ksenofobiyanın yayılması bir daha təcavüzü təşviq edir və işğal siyasətini dəstəkləyir.

Britaniya jurnalisti Tomas de Vaala müsahibəsində Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan deyib: "Xocalıdan qabaq azərbaycanlılar bizim onlarla zarafat etdiyimizi, ermənilərin mülki əhaliyə əl qaldıra bilməyən xalq olduğunu düşünürdülər. Biz bu stereotipi sındıra bildik və bütün bunlar baş verdi".

S.Sarkisyan Qarabağda bir növ etnik təmizləmənin baş verdiyini etiraf edərək əlavə edib: "Əks təqdirdə bu mümkün deyildi". Köməksiz və silahsız mülki əhalinin məhv edildiyi Xocalı şəhərinə edilən xaincəsinə hücum zamanı S.Sarkisyan yüksək rütbəli komandirlərdən biri idi.

O qeyd edib: "Mərmi uçarkən mülki sakinlə əsgər arasında fərq qoymur, onun gözləri yoxdur. Tərk etmək üçün yaxşı imkanı olmasına baxmayaraq, mülki əhali orada qalırsa, bu onların da hərbi əməliyyatlarda iştirak etməsi deməkdir..."

Bundan başqa, erməni terrorçusu Monte Melkonyanın qardaşı Markar Melkonyan Xocalıda erməni əsgərlərinin qəddarlığını təsvir edərək qeyd edib: "Döyüşçülər bıçaqlarını çıxardılar... bıçaqlamağa başladılar... Monte qadın və qız uşaqlarının sınmış gəlinciklər kimi dağınıq səpələndiyi otlara ayaq basdı".

Təəssüf ki, Ermənistanda dövlət səviyyəsində Azərbaycana və onun əhalisinə qarşı nifrətin qızışdırılması və dəstəklənməsi siyasəti həyata keçirilir. Ermənistan-Azərbaycan münaqişəsi zamanı törədilən Xocalı soyqırımı və digər qətliamlar bu siyasətin danılmaz nəticəsi oldu.

Şübhəsiz ki, Ermənistan etnik nifrət siyasətindən çəkinməli və münaqişədən sonrakı sülh quruculuğu prosesini, iki xalqın dinc yanaşı yaşamasını bərpa etmək üçün tədbirlər görməlidir. Həm siyasi sabitlik, həm də iqtisadi inkişaf baxımından yalnız Azərbaycan və Ermənistan deyil, bütün bölgə bundan faydalanacaqdır".

0
Teqlər:
nifrət, soyqırım, Xocalı, Azərbaycan, Ermənistan, ombudsman