Hamının sirrini etibar etdiyi açar ustası: İnsanların sevinci puldan daha üstündür

24
(Yenilənib 14:05 03.02.2021)
İyirmi beş il ərzində müxtəlif açarların, zədələnmiş kilidlərin təmiri ilə məşğul olan Abdulla Bayramov bacarığını yalnız xeyir işlərə sərf edərək xüsusi etibar qazanıb.

Qazax şəhərində yaşayan Abdulla Bayramov 25 ildir ki, açarların bərpası, zədələnmiş kilidlərin təmiri ilə məşğul olur. Peşəkarlığı ilə fərqlənən usta bütün bölgədə məhşurdur. Bölgənin bütün bankları açar, kilid və seyflərlə bağlı problemlərinin həllini bir çox sınaqlardan şərəflə çıxmış Abdulla ustaya etibar edir.

Abdulla usta bildirir ki, təcrübəsində rast gəlmədiyi kilidi təmir etmək üçün bəzən internetdən də istifadə edir və başqalarının təcrübəsindən yararlanır. Yaşı 71-ə çatsa da, o, sənətinə hələ də böyük maraq və həvəs göstərdiyini bildirir.

Tez-tez ona qapısı bağlı qalmış evlərin, avtomobillərin sahibləri müraciət edirlər. Məşhur açar ustası insanların sevincini seyr etməyi pul qazanmaqdan daha üstün tutur.

24

Müharibəni yenidən "yaşadılar": Ordumuzda komandirlər necə hazırlanır - VİDEO

12
(Yenilənib 17:29 03.03.2021)
Tabor, divizion komandirləri və müavinləri ilə keçirilən komandir hazırlığı məşğələlərində 44 günlük Vətən müharibəsində iştirak edən bölmələrin döyüş təcrübəsini özündə əks etdirən praktiki fəaliyyətlər imitasiya edilib.

BAKI, 3 mart — Sputnik. "Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı"na əsasən tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələləri keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, komandir hazırlığı məşğələlərində əsas diqqət zabitlərin sülh və müharibə şəraitində komandir keyfiyyətlərinin əsasını təşkil edən mənəvi-psixoloji dayanıqlığının qorunmasına və bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsinə yönəldilib.

Tabor, divizion komandirləri və müavinləri ilə keçirilən komandir hazırlığı məşğələlərində 44 günlük Vətən müharibəsində iştirak edən bölmələrin döyüş təcrübəsini özündə əks etdirən praktiki fəaliyyətlər imitasiya edilib.

Tabor və divizionlarda taktiki-sıra məşğələlərinin təşkili və hazırlanması metodikası göstərilib, düşmənin kiçik ölçülü pilotsuz uçuş aparatlarına və dronlarına qarşı mübarizənin üsul və vasitələri nümayiş etdirilib, praktiki fəaliyyətləri icra edən minaatan batareyaları simulyator minaatanlarından atışlar keçiriblər.

Müasir tank texnikalarının gecə şəraitində döyüşdə tətbiqi ilə minalı sahələrdən, süni və təbii maneələrdən keçməklə atəş tapşırıqlarını yerinə yetirməsi praktiki olaraq göstərilib.

Komandir hazırlığı məşğələlərinə cəlb edilmiş zabitlərdən müxtəlif ixtisas və fənlər üzrə məqbullar qəbul edilib.

Məşğələlərin yekununda bildirilib ki, zabitlərin bölmələri idarəetmə vərdişlərinin təkmilləşdirilməsində, müxtəlif silah sistemlərindən və silahlanmaya yeni daxil edilmiş hərbi texnikalardan istifadə bacarıqlarında, məşğələ və təlimlərin keçirilməsi üzrə hazırlıqlarında müsbət nəticələr əldə edilib.

12
Teqlər:
video, Azərbaycan Ordusu, Naxçıvan, komandir, hazırlıq

MDB ölkələrində COVID-19-a yoluxma sayı azalır

14
(Yenilənib 16:58 03.03.2021)
“Rospotrebnadzor”-dan bildirilib ki, koronavirus geri çəkilir və bu geriləmə artıq stabil hal alır.

Testlərin aparılması, sosial məsafə və vaksinasiya COVID-19-la mübarizədə uğur qazanmağa gətirib çıxaracaq.

Bəs peyvəndsiz kollektiv immunitet yaratmaq mümkündürmü? Rusiyanın “Sputnik V” preparatının daha yüngül variantı nə vaxt qeydiyyatdan keçiriləcək?

COVID-19 həyatımızdan birdəfəlik yox olub gedəcəkmi?

14
Teqlər:
MDB, Koronavirus, COVID-19, yoluxma
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Türkiyənin Cobra zirehli maşını, arxiv şəkli

Türkiyə minaya davamlı yeni zirehli maşınını göstərdi - VİDEO

0
Cobra zirehli maşınlarının əvvəlki versiyaları 15 ölkədə, o cümlədən Azərbaycanda, Gürcüstanda və Qazaxıstanda istifadə olunur. 

BAKI, 3 mart - Sputnik. Türkiyənin Otokar şirkəti Cobra sinfindən olan, mina əleyhinə müdafiə ilə təmin olunmuş təkərli zirehli Cobra II MRAP avtomobilini nümayiş etdirib. 

Sputnk Azərbaycan Anadolu agentliyinə istinadən bildirir ki, Cobra II MRAP ekipajı ballistik, mina və əldəqayırma partlayıcı təhlükəsindən qoruyur. 

​Zirehli maşının xüsusi konstruksiyası, təmir və xidmətin asanlığı hətta döyüş şəraitində belə onu tam və sürətli yığıb-sökməyə imkan verir. 

Zirehli maşında 11 sərnişin yerləşir, tələbə görə, üç və ya beş qapılı ola bilər.

Cobra zirehli maşınlarının əvvəlki versiyaları 15 ölkədə, o cümlədən Azərbaycanda, Gürcüstanda və Qazaxıstanda istifadə olunur. 

0