"Baxdım ki, əlim-ayağım yerindədir" Minaya düşən traktorçu

60
(Yenilənib 11:28 29.01.2021)
"Əkin aparırdım. Getdim, qayıdanda elə qabaq təkər minaya düşən kimi partladı. Məni qaldırıb çırpdı yerə", - Elgün Ələkbərov.

Tərtərin Seydimli kənd sakini Elgün Ələkbərov Qızıloba kəndində traktorla yer şumlayarkən minaya düşüb. O qeyd edib ki, idarə etdiyi texnika şirkətlərdən birinə məxsus olub.

"Əkin aparırdım. Getdim, qayıdanda elə qabaq təkər minaya düşən kimi partladı. Məni qaldırıb çırpdı yerə. Həmin vaxt Qarağacı kəndinin üsyündə idim", - Elgün Ələkbərov deyib.

Onun sözlərinə görə, partlayış baş verən kimi özünü traktordan kənara atıb və qaçmağa başlayıb.

"Gördüm ki, yeriyə bilmirəm. Ağzı üstə yıxıldım. Baxdım ki, qolum, ayağım yerindədir? Gördüm hamısı yerindədir. Durdum, axsaya-axsaya aqronomun yanına getdim. Sağ olsun, o da maşına mindirib məni xəstəxanaya gətirdi", - zərərçəkən bildirib.

Əl, ayaq və bədənin müxtəlif nahiyyələrindən xəsarət alan Elgün Ələkbərovun vəziyyəti stabil qiymətləndirilir.

60

Qadınları kim cür təbrik edəcək videosorğu

18
(Yenilənib 18:40 05.03.2021)
8 Mart bayramı qabağı Sputnik Azərbaycan kişilərin qadınlara hansı hədiyyələri edəcəyi, qadınların  gözləntiləri, bazarda güllərin bayramqabağı qiymətləri barədə sorğu keçirdi.

Qeyd edək ki, gül satıcıları suallarımızı cavablandırmaqdan yayınırdılar. Buna baxmayaraq, redaksiyamız bayramqabağı satılan güllərin qiymətini araşdırdı. Araşdırmadan müəyyən olundu ki, bazarda bir zanbağın qiyməti 5, qızılgülün isə 6 manatdır. Beləliklə, 5 dənə güldən ibarət sadə dəstənin qiyməti 25-30 manat təşkil edir.

Sorğunun əsas məqsədlərindən biri də şəhər sakinlərinin qadınlar bayramına münasibətini araşdırmaq idi.

Məlum oldu ki, qadınlar həmin gün təkcə gül dəstələri, ətir və s. kimi hədiyyə gözlədikləri kimi, özləri də həmcinslərini təbrik etmək niyyətindədirlər. Kişi respondentlərin əksəriyyəti isə qadınları təbrik etmək niyyətində olsa da hədiyyələrin alınmasını hələ də uzadır. Çoxları isə gül qiymətləri ilə hələ də maraqlanmayıb.

Kamera önündə cavab verməkdən çəkinən respondentlər bunu maddi durumlarının çətinləşməyi ilə izah etdilər.

Sorğumuzu ətraflı videoda izləyin.

18

Azad edilmiş daha bir kəndimizin hazırkı mənzərəsi belədir - VİDEO

13
Cəbrayıl rayonunun Papı kəndi 2020-ci ilin oktyabrın 21-də əks-hücum əməliyyatı nəticəsində işğaldan azad olunub.

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Papı kəndindən videogörüntülər paylaşıb. Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

13
Qonaqlıq, arxiv şəkli

Masallıda toy: Polis şadyanalıq üçün qonşunun evinə toplaşanları cəzalandırdı

0
(Yenilənib 00:27 08.03.2021)
Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

BAKI, 7 mart - Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər sakini İ.Vəliyevin qonşusuna məxsus yaşayış evində oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları həmin məclisdə iştirak edənlərə bir daha xüsusi karantin rejiminin qaydalarını izah ediblər.

Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

0