Kolleksiya Azərbaycanın müxtəlif bölgələrindən 10 ildən artıq müddətdə toplanıb bir araya gətirilmiş eksponatlardan ibarətdir.
Təqdim olunan ekspozisiyada tarixi əhəmiyyətə malik 4000-dən artıq rəngarəng eksponata rast gəlmək mümkündür. Məsələn, XVI əsr Səfəvilər dövrünə aid parça nümunələri, habelə güləbətin üslubu ilə işlənmiş Quran qablarını da burada görmək olar.
Zamana səyahət: Bakı Xan Sarayı qonaq gözləyir >>
Kolleksiyaçılar gənclərimizin milli incəsənət nümunələri, qədim tikiş üsulları və milli geyimlərlə yaxından tanış olmalarına xüsusi diqqət yetiriblər. Yaxın vaxtlarda qalereyada şou-rumun açılması da gözlənilir. Burada kolleksiyaçıların əl işləri ilə tanış olmaq olar.
Sputnik Azərbaycan-ın çəkiliş qrupu qalereyada olub. Ətraflı videomuzdan izləyin.
Perseverance Rover marsoxodunun məqsədlərindən biri NASA üçün Mars üzərindən müxtəlif məlumatlar yığmaqdır.
Yığılmış məlumatlar əsasında alimlər Marsda həyatın olub-olmamağı sualına cavab tapmağı planlaşdırırlar.
Havaların kəskin soyuqlaşması bütün dünyada maraqlı hadisələrə səbəb olub. Belə ki, ABŞ və Kanada sərhədində yerləşən Niaqara şəlaləsi də donub.
Donmuş şəlalə mənzərəsi görmək istəyən turistlərin sayı bu səbəbdən xeyli artıb.
BAKI, 27 fevral — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 171793-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.
Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 283 nəfər artıb.
Ermənistanda son gündə daha 7 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3190-na çatıb. Xəstəlikdən sağalanların sayı 163309 nəfər olub. Hazırda bu ölkədə 4481 nəfər xəstəxanada müalicə alır.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 113,4 milyonu keçib, 2,51 milyondan çox insan isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.