Şuşa Azərbaycanın ümumi enerji sisteminə qoşulur - VİDEO

21
Yaxın vaxtlarda işğaldan azad edilmiş Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında da 110 kilovoltluq yeni yarımstansiyaların inşasına başlanılacaq

BAKI, 22 yanvar — Sputnik. Şuşa şəhərinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, şəhərin etibarlı, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün "Azərenerji" Şuşada 110/35/10 kilovoltluq yeni yarımstansiya tikir.

Sputnik Azərbaycan-ın məlumatına görə, Şuşa şəhərinin girişində müasir avadanlıqlarla təchiz edilərək tikilən yeni yarımstansiya məsafədən idarəolunan SCADA Dispetçer İdarəetmə sisteminə qoşulacaq. Burada 110 kilovoltluq açıq, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular yaradılır. Şuşanın milli ornamentləri qorunmaqla müasir üslubda inşa ediləсək yarımstansiyanın idarəetmə binasında bütün parametrlər nəzərə alınıb. Havanın dumanlı, qarlı və şaxtalı olmasına baxmayaraq işlər sürətlə davam etdirilir.

Qeyd edək ki, işğaldan azad olunan ərazilərin böyük hissəsinin, o cümlədən "Şuşa" yarımstansiyasının Azərbaycanın ümumi enerji sisteminə qoşulması üçün Füzulidəki "Şükürbəyli" yarımstansiyası genişləndirilərək tam yenidən qurulur və yarımstansiyaya İmişlidən 110 kilovoltluq 51 km məsafədə yeni xətt gətirilir. Ən əsası isə Füzulidən Şuşaya 75 km məsafədə 110 kilovoltluq ikidövrəli "Şuşa-1", "Şuşa-2" hava elektrik xətləri çəkilir. Artıq hava elektrik verilişi xəttində 70 faiz işlər görülüb, yaxın müddətdə işlər yekunlaşacaq. Füzulinin Şükürbəyli, Xocavəndin Böyüktağlar, Şuşanın Daşaltı kəndindən keçən yüksəkgərginlikli hava xətti ən çətin dağlıq, meşəlik relyefdə, qarlı, dumanlı, yağışlı hava şəraitində növbəli iş prinsipi ilə həyata keçirilir.

Onu da qeyd edək ki, yaxın vaxtlarda işğaldan azad edilmiş Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında da 110 kilovoltluq yeni yarımstansiyaların inşasına başlanılacaq.

21
Teqlər:
yarımstansiya, sistem, enerji, Azərbaycan, Qarabağ, Şuşa

Ağdam rayonunun İsmayılbəyli kəndindən görüntülər - VİDEO

101
(Yenilənib 10:50 20.04.2021)
Kənd 1993-cü il iyulun 4-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 2020-ci il noyabrın 20-də üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, işğaldan azad edilib.

Müdafiə Nazirliyi Ağdam rayonunun İsmayılbəyli kəndindən videogörüntülər paylaşıb. Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən həmin görünütləri paylaşır. 

İsmayılbəyli Azərbaycan Respublikasının Ağdam rayonunun Bağbanlar kənd inzibati ərazi dairəsində kənddir, dağ ətəyindədir. Keçmiş adı Mərzili İsmayılbəy olub. Yaşayış məntəqəsi Cavanşir qəzasında yaşamış mərzili tayfasına mənsub ailələrin başçısı İsmayıl bəyin adı ilə adlandırılıb.

Kənd 1993-cü il iyulun 4-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 2020-ci il noyabrın 20-də üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, işğaldan azad edilib.

101

Lənkəranlı bərbər müştərilərinin başında portret yaradır - VİDEO

137
(Yenilənib 16:06 19.04.2021)
Müştərilərinin başında portret yaradan bərbər bunu kimsədən öyrənmədiyini deyir. Bu barədə daha ətraflı - Sputnik Azərbaycan-ın videosunda.

Lənkəranlı bərbər Ruslan Ağazadə xarüqələr yaradır desək, yanılmarıq. Belə ki, o, saçı qırxmaqla insan şəklini çəkir.

Maraqlısı da budur ki, Ruslan sırf bu işi heç kəsdən öyrənməyib. Ancaq o, Sputnik Azərbaycan-a rəssamlıq kursuna getdiyini etiraf edir.

Onun əl işləri daha çox azyaşlıların diqqətini cəlb edib. Dediyinə görə, uşaqlar ondan başlarında ulduz, hörümçək, yaxud da hansısa heyvanın şəklini çəkməyini istəyirlər.

137
Teqlər:
video, Lənkəran, portret, bərbər
Məktəb, arxiv şəkli

Övladları 1-ci sinfə gedəcək valideynlərin nəzərinə - Yenidən şəxsi kabinet açmağa...

0
(Yenilənib 16:25 20.04.2021)
Aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək.

BAKI, 20 aprel — Sputnik. Təhsil Nazirliyi sosial şəbəkə hesabında 2021-2022-ci tədris ili üzrə canlı yayımda birinci sinfə qəbulla bağlı vətəndaşların suallarını cavablandırır.

Sputnik Azərbaycan-ın məlumatına görə, canlı yayımda çıxış edən Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların cari tədris ilindən elektron kabinetlərinin mövcud olduğunu bildirib: "Onlar üçün yenidən şəxsi kabinet açmağa və elektron qeydiyyata ehtiyac yoxdur. Valideynlər sadəcə həmin login və şifrə ilə özlərinə məxsus şəxsi kabinetlərinə daxil olaraq övladlarının məktəb seçimini və digər prosesləri həyata keçirə bilərlər".

Xatırladaq ki, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək.

0
Teqlər:
"Şəxsi kabinet", valideynlər, qəbul, birinci sinif