Avtomobil sevgisini 250 minlik auditoriyaya çevirən bloger Fəxri Əsədov

815
(Yenilənib 19:29 14.01.2021)
Fəxri Əsədov avtomobillərə olan sevgisini öz əsas işinə çevirə bilib. O, maşın təkmilləşdirmə videolarını paylaşaraq özünə 250 minlik auditoriya yığmağa nail olub. Onun bunu necə etdiyini isə videomuzda izləyin.

Hər şey 2017-ci ildə, Fəxri Əsədovun ilk maşınını alması ilə başladı. O, 4000 manata aldığı və sadəcə A nöqtəsindən B nöqtəsinə gedə bilən, mühərriki bircə həftədən sonra dağılmış bir avtomobili sadəcə üç il ərzində Azərbaycanda və onun sərhədləri xaricində bir çox avtomobil həvəskarının tanıdığı “Mandarin” ləqəbli maşına çevirə bilib.

Ağstafada bir milyona satılan retro maşın
© Sputnik / İlham Mustafa / Leyla Orucova

O, avtomobili üzərində çalışarkən bütün təkmilləşdirmə prosesini öz izləyiciləri ilə paylaşıb. Beləliklə, Azərbaycanın yəqin ki, ən məşhur avtoblogerinə çevrilib. Fəxri məhz bu avtomobil sayəsində hər il bir neçə tematik avtomobil festivallarına dəvət edilib.

Birinci layihəsinin uğurlu olduğunu görən Fəxri ikinci avtomobili alaraq işini daha da genişləndirməyə qərar verib. Və beləliklə, Bakıda yeganə nüsxədə olan “Mazda Miata” layihəsi başlayıb. Maraqlısı odur ki, hal-hazırda bu avtomobili görən heç kim onun yeddi ay ərzində heç işə düşə bilmədiyinə inanmaz.

Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz "Arzu-1"miz >>

Təbii ki, hal-hazırda Fəxri hər kəs kimi karantinin bitməsini gözləyir. Çünki qabaqda onu yeni festivallarda iştirak, kim bilir, bəlkə yeni avtomobil layihələri gözləyir.

815

Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndi bu gün necə görünür - VİDEO

6
(Yenilənib 17:51 22.01.2021)
Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndinin bugünkü vəziyyəti necədir? Sputnik Azərbaycan kəndin bu gününü əks etdirən videomaterialı təqdim edir.

Müdafiə Nazirliyi işğaldan azad edilmiş Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndindən çəkilmiş videoreportaj yayımlayıb. Sputnik Azərbaycan həmin reportajı təqdim edir. 

6

“Rus dili olimpiadasına bu qədər şagirdin qatıldığı başqa ölkə tanımıram” İrek Zinnurov

25
(Yenilənib 17:01 22.01.2021)
Bakıdakı Rusiya Məlumat və Mədəniyyət Mərkəzinin (“Rossotrudniçestvo”) – yeni rəhbəri İrek Zinnurov artıq öz işinə başlayıb. Pandemiya müddətində mərkəzin əsas fəaliyyət hədəfləri barədə – videomuzda.

Su polosu üzrə ikiqat olimpiya çempionu, Dövlət Dumasının Tatarıstandan seçilmiş sabiq deputatı İrek Zinnurov Bakıdakı Rusiya Məlumat və Mədəniyyət Mərkəzinin (“Rossotrudniçestvo”) – rəhbəri təyin olunub. O artıq öz işinə başlayıb: gənclər təşkilatları, universitet rektorları və dövlət departamentləri ilə fəal şəkildə görüşlər keçirir. Yeni rəhbər, ilk növbədə, ölkələr arasında mədəniyyət, idman və bölgələrarası əməkdaşlıq sahəsində əlaqələrin inkişafına diqqət yetirəcək.

"Həmvətənlərimlə görüşdüm və onların “Rossotrudniçestvo” ilə bağlı şikayətlərini dinlədim. İndi bu problemə başqa baxış bucağından yanaşmaq istəyirəm. Biz bəzən axşam saatlarında, hətta lazım gələrsə, şənbə-bazar günlərində, başqa sözlə, həmvətənlərimizə əlverişli olan vaxtda da işləyəcəyik ki, onlar bir-biri ilə rahat görüşüb ünsiyyətdə ola bilsinlər. Mədəniyyət, təhsil, elm sahəsində görülən işləri davam etdirmək niyyətindəyik”, – deyə Zinnurov Sputnik Azərbaycan-a müsahibəsində bildirib.

Yeni rəhbərin sözlərinə görə, o, Azərbaycanın bütün qurumları ilə sıx əməkdaşlıq etməyə hazırdır.

25

Yanvarın 25-nə qədər ölkədə ictimai nəqliyyat işləməyəcək

0
(Yenilənib 00:11 23.01.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

0