Şəhid leytenant Xalid Nəciyev, vətənini, torpağını canı qədər sevən və bu sevgisi uğrunda canından keçən igidlərdən biri idi. Elə şagirdlərə də bu hissləri aşılayırdı həmişə. Zaman elə gətirdi ki, çox sevdiyi vətəninin bütövlüyü uğrunda canını da qurban verdi. Bununla da bir zamanlar tədris etdiyi tarixin döyüş meydanında bir parçası oldu.
Saatlı rayon sakini, Xalid Nəciyevin 28 yaşı var idi. Arzusu, xəyalları da çox idi. Vətən müharibəsi başlayanda Xalid müəllim də son borcunu yerinə yetirdi. İxtisasca tarix-coğrafiya müəllimi olan Xalid Nəciyev Saatlı rayon Təhsil Şöbəsində məsləhətçi, eyni zamanda Təhsil Nazirliyinin Saatlı və Sabirabad rayonları üzrə ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs vəzifəsində çalışırdı. Həm də ehtiyatda olan zabit idi. Könüllü olaraq ön cəbhəyə yollanmışdı. Özü də ata-anasından gizlicə.
"Əvvəlcə onu Gəncəyə apardılar, rayondakı işini Gəncədə görəcəyini dedi. “Kadrlar şöbəsində köməkçi işləyirəm, narahat olma, ana. Mən axıra kimi buradayam”. Bizi beləcə arxayın etmişdi. Qardaşına isə deyib ki, “Anama, atama heç bir şey demə, istəmirəm onlar narahat olsunlar. Onlara yaxşı bax", - şəhidin anası Əzizgül Nəciyeva qeyd edib.
Sentyabrın 29-da Vətən müharibəsinə yola düşən Xalid şiddətli döyüşlər zamanı ilk sırada yer alırdı. Rəhbərlik etdiyi qrupla düşmənə sarsıdıcı zərbələr endirib. Ermənilərin xeyli sayda canlı qüvvəsini məhv edib. Xalid Nəciyevin döyüş yolu Laçına qədər davam edib. Son döyüşü də elə bu ərazidə olub. Canı qədər sevdiyi əsgərlərini qorumaq məqsədilə sinəsini sipər edib. Beləliklə xain düşmənin qəfil hücumu zamanı noyabr ayının 5-i şəhidlik zirvəsinə ucalıb.
"Xalidin son döyüşü Laçının Səfiyan kəndində olub və orada şəhadətə ucalıb. Oraya qədər döyüşə-döyüşə gedib. Qubadlının və başqa ərazilərin alınmasında iştirak edib. Düzdür, valideyn üçün ağırdır, ancaq bilirəm ki, Vətən yolunda şəhid olub. Başqa cür ola bilməzdi! Vətən uğrunda şəhid olub, bundan qürurlu nə ola bilər?!"- şəhidin atası Qabil Nəciyev.
Şahbaz Quliyev və Dilqəm Əsgərovun girov düşdüyü kənddən yeni videogörüntülər >>
Xalid adının mənası ölməz, əbədi deməkdir. Cənab leytenant, vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmaqla bütün Azərbaycan xalqı üçün əbədi və ölməz oldun. Bu ölməzliyinin, əbədiliyinin qarşılığında ərazi bütövlüyümüz bərpa edildi. Ruhun şad olsun!
Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Alolar kəndindən videogörüntülər təqdim edib. Həmin görüntüləri təqdim edirik.
Azərbaycanda vaksinasiya Çinin “CoronaVac” preparatından istifadə olunmaqla aparılır. Bu gün həmin preparat səhiyyə işçiləri və dövlət qurumlarında çalışanlar üzərində sınaqdan keçirildi. Daha sonra yaşı 65-dən yuxarı olan vətəndaşlar və hüquq-mühafizə orqanlarının pandemiyaya qarşı tədbirlərə cəlb olunmuş əməkdaşları peyvənd olunacaqlar.
Azərbaycanın tibb müəssisələrində peyvənd zonası yaradıldı - Reportaj >>
Qeyd edək ki, könüllü şəkildə peyvənd olunmaq istəyən vətəndaşlar bunun üçün elektron sistem vasitəsilə yaşayış yerlərinə ən yaxın tibb məntəqəsini və vaxtı seçməlidir. Lakin bundan əvvəl sahə həkiminin qəbulunda olmaq vacibdir.
BAKI, 18 yanvar — Sputnik. Nəqliyyatda Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin və Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə st. Xətt Polis Şöbəsinin (XPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli bilinən, Qazax şəhər sakini, Afiq Məmmədov XPŞ-yə gətirilib.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, onun üzərində şəxsi axtarış keçirilən zaman əlində olan, göy rəngli politelen torbanın içərisindən 455 qram narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.
Afiq Məmmədovun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun Qazax şəhər ərazisindəki qəbirstanlıqda odlu silah gizlətməsi də məlum olub. Polis əməkdaşlarının həmin əraziyə keçirdiyi baxış zaman oradan bir ədəd istifadəyə yararlı "AKM-72" tipli avtomat və həmin avtomata aid 4 ədəd patron aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.