Donbasda hərbi əməliyyatların bərpası Ukrayna üçün intihar demək olardı Kozak

35
(Yenilənib 12:42 13.01.2021)
Dmitri Kozak jurnalistlərə Berlində “Normandiya formatı”nda keçirilmiş danışıqların yekunu barədə məlumat verib. Təfərrüatlar -videoda.

“Bütün prinsipial məsələlər, xüsusən də, Minsk razılaşmasının siyasi hissəsi ilə bağlı fikir mübadiləsi apardıq. Yekun həllə nail ola bilmədik. Bu qərara gəldik ki, iki həftə ərzində yeni prinsiplər və yanaşmalar hazırlansın. Rusiyada hələlik Kiyevin münaqişənin güc yolu ilə həlli üçün plan qurduğu barədə fikir yoxdur. Atəşkəsə tamamilə əməl olunur.

“Normandiya formatı”nda növbəti görüş böyük ehtimalla videokonfrans formatında keçiriləcək”, – deyə Rusiya Prezident Administrasiyasının rəhbərinin müavini Dmitri Kozak Ukrayna üzrə “Normandiya formatında” Berlində keçirilən danışıqların yekunu barədə danışarkən qeyd edib. Bu barədə Sputnik-in müxbiri məlumat verib.

35

Azərbaycanlının arzusu Ağdama qayıtmaq orada Qarabağ atlarını yetişdirməkdir

22
(Yenilənib 16:17 21.01.2021)
Şəmsəddin Atayevin kəndi işğal olunanda nəsli kəsilməsin deyə Qarabağ atlarını Bakıya gətirib. Ətraflı videomuzda izləyin.

Əslən Kəlbəcərdən olan Şəmsəddin Ağdamda doğulub və Qarabağ atlarını saxlamaq həvəsi də onda uşaqlıqdan yaranıb. Onun atası da 1948-ci ildən Qarabağ cinsindən atları yetişdirib. Şəmsəddin Atayevin sözlərinə görə, onların at ilxısı Ağdamın Eyvazxanbəyli kəndində olub. 1993-cü ildə kənd işğal olunandan sonra həmin Qarabağ atlarını Bakıya gətirib və Cıdır meydanında saxlamağa başlayıb.

Hazırda burada 8 baş Qarabağ atı var. Onlara qulluq göstərənlər də Şəmsəddin Atayevin qardaşı, eləcə də özünün və qardaşının övladlarıdır. Təsərrüfat sahibi deyir ki, Qarabağ atlarına xüsusi qulluq olunmalıdır. Bu atlar rənginin dəyişməməsi, sahibinə sadiqliyi və bir sıra xüsusiyyətlərinə görə də digər cinslərdən fərqlənir.

Şəmsəddin Atayevin niyyəti Eyvazxanbəyli kəndinə qayıtmaq və orada kürən Qarabağ atlarını yetişdirməkdir.

"Nəsil olaraq bizim peşəmiz budur. Tezliklə Ağdama qayıdacağıq və bu işlə məşğul olacağıq. Qarabağ atlarını Qarabağda yetişdirəcəyik tezliklə", - atların sahibi Şəmsəddin Atayev deyib.

Atayevlərin "Köhlən" adlı komandaları da var ki, bu komanda ilə yarışlarda uğur da qazanıblar.

22

Kəlbəcər rayonunun Nadirxanlı kəndindən videogörüntülər

24
(Yenilənib 19:06 20.01.2021)
Kəlbəcər rayonu 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 25-də erməni işğalından azad olunub.

BAKI, 20 yanvar — Sputnik. Kəlbəcər rayonunun Nadirxanlı kəndindən videogörüntülər yayılıb. Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən videogörüntüləri təqdim edir. Xatırladaq ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən yaşayış məntəqələrinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görüblər.

Azərbaycan Ordusu əks-hücum əməliyyatı başlayandan sonra 44 gün ərzində Qarabağımız düşmən tapdağından azad olunub. Kəlbəcər rayonu 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 25-də erməni işğalından azad olunub.

24
Teqlər:
video, Azərbaycan, Qarabağ, kənd, Kəlbəcər

Məşhur italyan mafiyasının 50 üzvü həbs edilib - sıralarında partiya sədri var

0
(Yenilənib 00:26 22.01.2021)
İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

BAKI, 22 yanvar - Sputnik. İtaliya polisi “Ndranqeta” mafiyasının işi çərçivəsində 50 nəfəri həbs edib və məşhur mərkəzçi siyasətçini istintaqa cəlb edib.

Report xarici KİV-lərə istinadla xəbər verir ki, “Ndranqeta” əsasən Kalabriyanın cənub regionunda fəaliyyət göstərir. Mafiya öz əməllərinə görə, artıq çoxdan İtaliya və dünyada ən böyük cinayətkar qruplaşmalardan biri olan “Koza Nostra”nı üstələyib.

"Bu araşdırma on illərdir nədən bəhs etdiyimizə aydınlıq gətirdi. “Ndranqeta” sadəcə iş və siyasətlə əlaqədar olaraq daha az atəş açıb", - deyə İtaliyada ən böyük məhkəmə iddialarından birini başladan prokuror Nikola Qratteri bildirib.

İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

0
Teqlər:
mafiya, İtaliya