Pandemiya şəraitində Yeni il bayramı: Bakıda hansı əhval-ruhiyyə hökm sürür - video

42
(Yenilənib 16:36 31.12.2020)
Bir sıra ölkələr COVID-19 pandemiyası səbəbindən Yeni ili karantin şəraitində qarşılayacaq. Azərbaycan da istisna deyil. Paytaxtımızda hansı əhval-ruhiyyənin hökm sürdüyünü videomuzda izləyin.

Ölkədə epidemioloji vəziyyətin pisləşməsi fonunda məhdudiyyətlər sərtləşdirilir. Azərbaycanda karantin 2021-ci ilin 18 yanvar tarixinə kimi davam edəcək.

© Sputnik / Leyla Orucova / Taleh Mahmudov

Bu müddət ərzində “həyati əhəmiyyətli sahələr istisna olmaqla”  bütün sahələrdə fəaliyyət dayandırılıb. Evdən isə yalnız SMS-icazə ilə çıxmaq olar. Aydın məsələdir ki, şəhərdə bayram əhval-ruhiyyəsi hiss olunmur. Gəzintilər təxirə düşüb, Bakı bulvarında ənənəvi Yeni il atəşfəşanlığı da olmayacaq. Bircə sahildə gəzib dəniz havası udmaq qadağan deyil.

Bu il dost-tanışla restoranda toplaşıb bayramı qeyd etmək də alınmayacaq. Çünki bütün müəssisələr bağlıdır, restoranlardan uzaqbaşı yemək sifariş etmək mümkündür. Bütün bunlar bəzən adama acı zarafat təsiri bağışlasa da, hər bir halda Yeni ili evdə qarşılamaqdan başqa əlac yoxdur.

42

Kəlbəcər rayonunun Çopurlu kəndindən videogörüntülər

4
Üçtərəfli bəyanatın şərtlərinə əsasən Kəlbəcər rayonu 2020-ci il noyabrın 25-də Azərbaycana qaytarılıb.

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Çopurlu kəndindən videogörüntülər paylaşıb. Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

4

“Vətən uğrunda yaralandığıma görə çox xoşbəxtəm” - qazi

19
(Yenilənib 11:53 19.01.2021)
Yardımlı rayonu Bürzünbül kənd sakini Əsgər Səfərov 44 günlük Vətən müharibəsi zamanı yaralansa da “Vətən uğrunda yaralandığıma görə çox xoşbəxtəm” deyir.

2008-ci ilin iyul ayında həqiqi hərbi xidmətə yollanan qazimiz nümunəvi xidmət etdiyinə görə komandanlığı onu hərbi hissədə saxlayıb. “Canavar” ləqəbli tankçı Əsgər Səfərov düşmənin bir neçə hərbi texnikası və canlı qüvvəsini məhv edib.

Instagram / firstvicepresidentazerbaijan

“Sentyabrın 27-də səhər saat 07:00-da biz əməliyyata başladıq. Bizim əməliyyatımız Cocuq Mərcanlıdan Xudafərin körpüsünə qədər davam etdi. Həmin döyüşlərdə düşmənin kalan tankları və şəxsi heyəti məhv oldu. Çoxlu sayda hərbi texnikaları əlimizə keçdi. Oktyabrın 6-da Xudafərin körpüsünün yanından axşam saat 18:00-da biz əməliyyata başladıq. Bizim bir tank və bir BMP-miz var idi, o biri tanklarımız başqa istiqamətdən əməliyyata başlayacaqdılar. Mənfur düşmən bizi güclü artilleriya atəşinə tutmağa başladı. Mən dərhal texnikaları geriyə çəkmək komandasını verdim. Rabitə vasitəsi ilə əlaqəyə çıxıb texnikanı Araz çayının kənarında saxlamağı əmr etdim”, - deyə qazi Əsgər Səfərov qeyd edib.

"Vətən yolunda gedib, şəhid olub. Bundan qürurlu nə ola bilər ki?!" - Şəhid atası >>

Həmin ərazidə gedən şiddətli döyüşlərdə ermənilərin 60 nəfərə yaxın şəxsi heyəti məhv edilib və onların bir neçə ədəd döyüş texnikası ələ keçirilib. “Canavar”ın tabeliyində olan əsgərlər şəhidlərimizi və yaralılarımızı götürüb arxaya gəliblər. Qazimiz şəhidi döyüş meydanından götürərkən mənfur düşmən “Faqot” silahından ona tərəf atəş açıb. O, tabeliyində olan əsgərləri ərazidən çıxarıb, şəhidi ermənilər aparmasın deyə özü həmin yerdə tək qalıb.     

“Düşmən mənə TƏİR raketindən atəş açdı, o raketlər tank üçündür. Vura bilərdilər, amma Allah bizim tərəfdə idi. Şükür Allaha ki, tez bir zamanda torpaqlarımız alındı, biz çox sevindik. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza da şəfa versin! Allah Ordumuza kömək olsun!”, - deyə Əsgər Səfərov bildirib.

19
Çarpayıda gənc cütlük, arxiv şəkli

Hüquqşünas: "Yataq otağından çıxandan sonra söhbət ediləcək mövzu yoxdursa..."

8
(Yenilənib 15:15 19.01.2021)
"Kişilər unutmamalıdırlar ki, qadınla ailə həyatı quran zaman o, atası evindən çıxanda əxlaqsız olmur ki?! Əxlaqsız idisə, niyə alırdın? Deyildisə, deməli, sənin əlində əxlaqsız olub"

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 19 yanvar — Sputnik. Pandemiya dövründə daha əvvəl müşahidə edilməyən qaydalar tətbiq edildiyi üçün vətəndaşlar bu dönəmdə müxtəlif qayda pozuntuları ilə qarşılaşdılar. Karantin rejimi, SMS-icazə, evdə qalmaq kimi məhdudiyyətlər yenilik olduğu üçün bir çox vətəndaşlar bu vəziyyətlə barışmaqda çətinlik çəkdilər.

Bəs bu dövrdə vətəndaşlar hüquqşünaslara daha çox hansı hüquq pozuntusu ilə müraciət ediblər?

Hüquqşünas Tağı Hüseynov Sputnik Azərbaycan-ın suallarını cavablandırıb.

© Sputnik / Irade JELIL
Hüquqşünas Tağı Hüseynov

- Pandemiya dövründə vətəndaşları hüquqi istiqamətdə daha çox nə narahat edib?

- Pandemiya dövründə əsas hüquq pozuntuları iki istiqamətdə olub. Yəni şəxslərin bizə müraciətləri boşanma və inzibati orqanların tətbiq etdiyi cərimələrlə bağlı olub. Bir müddət əvvəl, sərt karantin rejimində evdə qalmaq tələbi, kafe və restoranların bağlı olması ailələri, demək olar ki, bir yerə topladı. Bu müddət ərzində mehriban olan ailələr daha da mehribanlaşdı. Problemli ailələrin problemi isə böyüyərək boşanma ilə nəticələndi.

İkinci istiqamətdə olan hüquq pozuntuları əsasən polisin yazdığı cərimələrlə bağlı olub. Belə ki, müraciət edən vətəndaşlar müxtəlif səbəblərlə polisin yazdığı cərimələrlə razılaşmadıqlarını dilə gətirirdilər. Bəziləri qeyd edirdilər ki, SMS müddətinin bitməsindən 2 dəqiqə sonra cərimə yazılıb, bəziləri evinin qapısında ona cərimə yazıldığını bildirirdilər. Bu problemlə qarşılaşan vətəndaşların 99 faizi məhkəməyə müraciət etmir. Düşünürlər ki, 100 manata görə məhkəmələrə vaxt ayırmağa dəyməz.

Ancaq bəzi prinsipial insanlar var ki, axıra qədər davam edirlər. Mən vətəndaşlara izah edirdim ki, məhkəməyə arayış yazmağa 50 manat vəkilə verməkdənsə, cəriməni tətbiq edən quruma müraciət ünvanlasınlar.

- Boşanma müraciətləri ilə bağlı vətəndaşlar səbəb kimi nəyi vurğulayırlar?

- Düzünü desək, son dövrlədə kişilər öz məsuliyyətlərini unudublar. Bir müddət əvvəl qadınlar hüquq bərabərliyi istəyirdilər. Bu da sizə hüquq bərabərliyi. Ailədə kişi və qadınların vəzifələri yazılı şəkildə müəyyən edilmədiyi üçün ailə daxilində ər və arvad ailədə öz vəzifəsini bilmir. Ərzaq, əmlak, yemək almaq və s. kimin vəzifəsidir? Heç kim bilmir. Çox qəribədir, ailədə kişi yeyib-yatanda, işləməyəndə məsuliyyətə cəlb edilmir, amma ayrılandan sonra aliment ödəməyəndə cəlb edilir.

Boşanmaların digər səbəbi isə xəyanətdir.

Sosial şəbəkələr xəyanətlərin artmasına səbəb olur. Qadın və ya kişi sosial şəbəkədə kimləsə tanış olur və düşünür ki, ərim, arvadım onsuz da bilməyəcək. Amma artıq texnologiya inkişaf edib. Bütün şəbəkələrin mesajlarını tutmaq mümkündür.

Kişilər unutmamalıdırlar ki, qadınla ailə həyatı quran zaman atası evindən çıxanda əxlaqsız olmur ki?! Əxlaqsız idisə, niyə alırdın? Deyildisə, deməli, sənin əlində əxlaqsız olub.

Qadınlar da ailə həyatına müvəqqəti baxırlar. Yəni ərə sadəcə ərə getmək, ana olmaq xatirinə gedirlər. Düşünmürlər ki, həyat yoldaşı olmaq da özü də gözəl statusdur.

Qızlar oğlanı tanımadan ailə həyatı qururlar. Bəzən olur ki, onlar yataq otağından çıxandan sonra yarım saat söhbət edə biləcək mövzu tapa bilmirlər.

Bu səbəbdən də ailələr uzun müddətli olmur.

- "Aliment Fondu"nun yaradılması müzakirə edilir.

- Fondun yaradılması bir neçə il əvvəl də müzakirə edilmişdi. Ancaq bu müzakirələr reallaşmadı. Çünki bu fondun yaradılması boşanmaların artmasına səbəb ola bilərdi. Məsələn, qadınlar onu incidən həyat yoldaşları ilə birlikdə yaşamaqdan imtina edəcəkdilər. Düşünəcəkdilər ki, əgər fond varsa, heç kişini aliment üçün məhkəməyə də verməyə ehtiyac qalmayacaq. "Aliment Fondu" uşağa aliment ödəyəcək.

Ancaq bu gün qadınlar düşünürlər ki, boşansalar, aliment də ala bilməsələr, uşağa tək baxa bilməyəcəklər. Məcburən güzəştə gedib, ailə həyatını davam etdirməli olurlar.

Bu səbəbdən də fondun müzakirəsi dayandırıldı.

Hesab edirəm ki, uşaq pulunun verilməsi müzakirə edilməlidir. Məsələn, hər uşağa 100 manat uşaq pulu ayrılsa, boşanma olsa belə, kişi öz payına düşən 75 manatı ödəməli olar.

Ölkədə hamı 2000 manat maaş almır. Normal maaş 500 manatdır. Əgər bu maaşı alan kişinin iki uşağı varsa, uşaqlara 350 manat ödənilməlidir. Bu da təbii ki, kişiyə də sərf etmir. Mən hesab edirəm ki, kişilərə güzəşt etmək lazımdır. Aliment verməyən kişi Azərbaycan üçün üz qarasıdır. Ancaq kişilərin gəlirləri də nəzərə alınmalıdır.

8
Teqlər:
müsahibə, problemlər, kişi, qadın, hüquqşünas