Yeni il üçün necə sabun hazırlamaq olar video

36
(Yenilənib 12:23 28.12.2020)
Yeni ilə orijinal hədiyyələr - əli işi olan sabunlar. Azərbaycanlı mütəxəssisin bu işi necə gördüyünü bizim videoda izləyin.

Qeyri-adi hədiyyələr hazırlamağın vaxtı gəlib çatdı. Öz əllərinizlə hazırladığınız hədiyyədən daha yaxşı nə ola bilər?

Öz əl işiniz olan Yeni il çələngi ilə evinizə bayram əhval-ruhiyyəsi bəxş edin >>

Təbii sabun istehsal edən emalatxananın sahibi Sevda Qasımova hər bayram üçün sabun, təmizləyici vasitə və kremlərdən gözəl dəstlər hazırlayır. Hədiyyə üçün ən yaxşı variantlardan biri olan əl əməyi sabunlar – Sevda Qasımovadan addım-addım ustad dərsi.

36

Günün videosu: Əliyevlər ailəsi Şuşada

15
(Yenilənib 15:36 15.01.2021)
İlham Əliyev, Mehriban Əliyeva və Leyla Əliyeva səhər tezdən Azərbaycanın işğaldan azad olunmuş mədəniyyət mərkəzi Şuşaya yola düşüblər.

Prezident İlham Əliyev Şuşa şəhərində Azərbaycan bayrağını qaldırıb. Əliyevlər ailəsi, həmçinin Cıdır düzündə olub, Şuşa məscidini ziyarət edib və şəhər işğal olunan vaxt güllələnmiş, sonradan Bakıya gətirilmiş heykəllərin açılış mərasimində iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev 2020-ci il 8 noyabr tarixində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib.

Şəhər 28 il yarımdan sonra yenidən Azərbaycanın nəzarəti altına qaytarılıb.

15

Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər

15
(Yenilənib 13:36 15.01.2021)
Müdafiə Nazirliyi bu gün Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin 27 illik işğaldan azad ediləndən sonrakı ilk videogörüntülərini yayımlayıb.

BAKI, 15 yanvar — Sputnik. Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndi 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 27 sentyabr 2020-ci ildə Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində kənd işğaldan azad edilib. Müdafiə Nazirliyi bu gün Böyük Mərcanlı kəndindən videogörüntülər yayımlayıb.

Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir:

 

15
Teqlər:
Cəbrayıl rayonu, Müdafiə Nazirliyi
Naqif Həmzəyev- Milli Məclisin Gəncədən seçilmiş üzvü

Millət vəkili: “Qarabağ zəfəri ilə regionda daimi sülhü bərqərar etmək istəyirik”

0
(Yenilənib 09:38 16.01.2021)
Milli Məclisin deputatı Naqif Həmzəyev deyir ki, kommunikasiyaların açılması daşıma xərclərinin azalmasına imkan verəcək, eyni zamanda Azərbaycanın iştirakçısı olduğu tranzit layihələrin daha uğurla həyata keçirilməsinə şərait yaradacaq
Naqif Həmzəyev: “Baş verənlər Azərbaycanən xeyrinədir”

“Qarabağ zəfəri qədər, Naxçıvanla quru yolla əlaqələrin qurulması da çox önəmli məsələdir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Millət vəkili bildirib ki, son görüşdən sonra açıqlanan bəyanatda da regionun inkişafı üçün çox faydalı razılığa gəlindi:

“Naxçıvanla quru əlaqələrinin qurulması Azərbaycan-Türkiyə iqtisadi münasibətlərinə müsbət təsir göstərəcək. Kommunikasiyaların açılması daşıma xərclərinin azalmasına imkan verəcək, eyni zamanda Azərbaycanın iştirakçısı olduğu tranzit layihələrin daha uğurla həyata keçirilməsinə şərait yaradacaq. Biz Qarabağ zəfəri ilə regionda daimi sülhü bərqərar etmək istəyirik. Düşünürəm ki, iqtisadi əməkdaşlıqlar regiona daimi sülhü gətirə biləcəkdir. Baş verənlər Azərbaycanın xeyrinədir və Azərbaycan öz mövqeyini diktə edir”.

Qeyd edək ki, Prezident İlham Əliyev Moskva görüşündə nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasının Yerevanın və Bakının maraqlarına cavab verdiyini bildirib.

Naqif Həmzəyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0
Teqlər:
Türkiyə, sülh, qələbə, region, Naxçıvan, Azərbaycan, Qarabağ
Mövzu:
Kremldə Putin, Əliyev, Paşinyan görüşü