Yeni ilin gəlişinə barmaqla sayılacaq qədər az vaxt qalıb. Azərbaycanlı əl işi ustaları da bu bayrama səylə hazırlaşırlar.
Nigar Cavanşir ən adi materiallardan necə Yeni il çələngi hazırlana biləcəyini göstərib. Bu bəzəyin köməyi ilə evinizdə əsl bayram ab-havası yarada bilərsiniz.
Prezident İlham Əliyev Şuşa şəhərində Azərbaycan bayrağını qaldırıb. Əliyevlər ailəsi, həmçinin Cıdır düzündə olub, Şuşa məscidini ziyarət edib və şəhər işğal olunan vaxt güllələnmiş, sonradan Bakıya gətirilmiş heykəllərin açılış mərasimində iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev 2020-ci il 8 noyabr tarixində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib.
Şəhər 28 il yarımdan sonra yenidən Azərbaycanın nəzarəti altına qaytarılıb.
BAKI, 15 yanvar — Sputnik. Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndi 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 27 sentyabr 2020-ci ildə Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində kənd işğaldan azad edilib. Müdafiə Nazirliyi bu gün Böyük Mərcanlı kəndindən videogörüntülər yayımlayıb.
Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir:
BAKI, 16 yanvar — Sputnik. Azərbaycanda sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılması qərara alınıb. Sputnik Azərbaycan 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində fəaliyyətinə icazə verilən iş və xidmətlərin siyahısını təqdim edir:
● ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, "Mall"ların fəaliyyəti istisna olmaqla);
● bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);
● muzey və sərgi zallarının fəaliyyəti;
● şəhərlərarası və rayonlararası hərəkət.
Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.