“Miladda tənha deyilsiniz”: Birləşmiş Krallıqdan gözəl jest

13
(Yenilənib 11:14 26.12.2020)
Bütün Birləşmiş Krallıqda insanlar Milad axşamı öz evlərindən çıxıb zınqırov çalıblar. Bu kiçik jest Nort-Yorkşirli xanımın kampaniyasının məşhurlaşmasından sonra baş verib.

Adətən Milad ailə ətrafında qeyd edilən bir bayram hesab edilir. Bu il bir çox insan bu müqəddəs bayramı karantin şərtlərinə görə tək keçirməli olub.

Daily Mail” xəbər verir ki, bu təşəbbüs Nort-Yorkşirli xanım Meri Beqs-Rid tərəfindən irəli sürülüb. Bu iki dəqiqəlik jest bütün ölkə sakinlərinin xoşuna gəlib. Beləliklə, Milad axşamı bir çox insan öz evindən çıxaraq küçələrə düzülüb, iki dəqiqə ərzində zınqırov çalaraq bu il evdə bayramı tək keçirməli olan insanlara onların yalnız olmadıqlarını xatırlatmağa çalışıb.

 

13

Kəlbəcər rayonunun Alolar kəndindən videogörüntülər

5
(Yenilənib 20:30 18.01.2021)
Kəlbəcər rayonu üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq 2020-ci il noyabrın 25-də Azərbaycana qaytarılıb.

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Alolar kəndindən videogörüntülər təqdim edib. Həmin görüntüləri təqdim edirik. 

5

Koronavirusla mübarizənin yeni mərhələsi: Bakıda vaksinasiya necə başladı

28
(Yenilənib 17:02 18.01.2021)
Paytaxtın tibb müəssisələri koronavirusa qarşı hamıdan əvvəl peyvənd olunan şəxsləri qəbul etdi. Bunun necə baş verdiyini videoda izləyin.

Azərbaycanda vaksinasiya Çinin “CoronaVac” preparatından istifadə olunmaqla aparılır. Bu gün həmin preparat səhiyyə işçiləri və dövlət qurumlarında çalışanlar üzərində sınaqdan keçirildi. Daha sonra yaşı 65-dən yuxarı olan vətəndaşlar və hüquq-mühafizə orqanlarının pandemiyaya qarşı tədbirlərə cəlb olunmuş əməkdaşları peyvənd olunacaqlar.

Azərbaycanın tibb müəssisələrində peyvənd zonası yaradıldı - Reportaj >>

Qeyd edək ki, könüllü şəkildə peyvənd olunmaq istəyən vətəndaşlar bunun üçün elektron sistem vasitəsilə yaşayış yerlərinə ən yaxın tibb məntəqəsini və vaxtı seçməlidir. Lakin bundan əvvəl sahə həkiminin qəbulunda olmaq vacibdir.

28
Avtomat və güllələlər, arxiv şəkli

Qazax sakinində silah aşkarlanıb

0
(Yenilənib 00:11 19.01.2021)
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

BAKI, 18 yanvar — Sputnik. Nəqliyyatda Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin və Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə st. Xətt Polis Şöbəsinin (XPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli bilinən, Qazax şəhər sakini, Afiq Məmmədov XPŞ-yə gətirilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, onun üzərində şəxsi axtarış keçirilən zaman əlində olan, göy rəngli politelen torbanın içərisindən 455 qram narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.

Afiq Məmmədovun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun Qazax şəhər ərazisindəki qəbirstanlıqda odlu silah gizlətməsi də məlum olub. Polis əməkdaşlarının həmin əraziyə keçirdiyi baxış zaman oradan bir ədəd istifadəyə yararlı "AKM-72" tipli avtomat və həmin avtomata aid 4 ədəd patron aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

0