Cəbrayılın Qaracallı kəndindən görüntülər - VİDEO

25
(Yenilənib 14:52 21.12.2020)
Oktyabrın 9-da Azərbaycan Ordusu Hadrut qəsəbəsini, Tərtərin Çaylı, Füzulinin Yuxarı Güzlək, Gorazıllı, Cəbrayılın Qaracallı, Əfəndilər və Süleymanlı kəndlərini işğaldan azad edib.

Müdafiə Nazirliyi işğaldan azad olunan Cəbrayıl rayonunun Qaracallı kəndindən videogörüntülər yayıb.

Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

25

Kəlbəcər rayonunun Çopurlu kəndindən videogörüntülər

1
Üçtərəfli bəyanatın şərtlərinə əsasən Kəlbəcər rayonu 2020-ci il noyabrın 25-də Azərbaycana qaytarılıb.

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Çopurlu kəndindən videogörüntülər paylaşıb. Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

1

“Vətən uğrunda yaralandığıma görə çox xoşbəxtəm” - qazi

17
(Yenilənib 11:53 19.01.2021)
Yardımlı rayonu Bürzünbül kənd sakini Əsgər Səfərov 44 günlük Vətən müharibəsi zamanı yaralansa da “Vətən uğrunda yaralandığıma görə çox xoşbəxtəm” deyir.

2008-ci ilin iyul ayında həqiqi hərbi xidmətə yollanan qazimiz nümunəvi xidmət etdiyinə görə komandanlığı onu hərbi hissədə saxlayıb. “Canavar” ləqəbli tankçı Əsgər Səfərov düşmənin bir neçə hərbi texnikası və canlı qüvvəsini məhv edib.

Instagram / firstvicepresidentazerbaijan

“Sentyabrın 27-də səhər saat 07:00-da biz əməliyyata başladıq. Bizim əməliyyatımız Cocuq Mərcanlıdan Xudafərin körpüsünə qədər davam etdi. Həmin döyüşlərdə düşmənin kalan tankları və şəxsi heyəti məhv oldu. Çoxlu sayda hərbi texnikaları əlimizə keçdi. Oktyabrın 6-da Xudafərin körpüsünün yanından axşam saat 18:00-da biz əməliyyata başladıq. Bizim bir tank və bir BMP-miz var idi, o biri tanklarımız başqa istiqamətdən əməliyyata başlayacaqdılar. Mənfur düşmən bizi güclü artilleriya atəşinə tutmağa başladı. Mən dərhal texnikaları geriyə çəkmək komandasını verdim. Rabitə vasitəsi ilə əlaqəyə çıxıb texnikanı Araz çayının kənarında saxlamağı əmr etdim”, - deyə qazi Əsgər Səfərov qeyd edib.

"Vətən yolunda gedib, şəhid olub. Bundan qürurlu nə ola bilər ki?!" - Şəhid atası >>

Həmin ərazidə gedən şiddətli döyüşlərdə ermənilərin 60 nəfərə yaxın şəxsi heyəti məhv edilib və onların bir neçə ədəd döyüş texnikası ələ keçirilib. “Canavar”ın tabeliyində olan əsgərlər şəhidlərimizi və yaralılarımızı götürüb arxaya gəliblər. Qazimiz şəhidi döyüş meydanından götürərkən mənfur düşmən “Faqot” silahından ona tərəf atəş açıb. O, tabeliyində olan əsgərləri ərazidən çıxarıb, şəhidi ermənilər aparmasın deyə özü həmin yerdə tək qalıb.     

“Düşmən mənə TƏİR raketindən atəş açdı, o raketlər tank üçündür. Vura bilərdilər, amma Allah bizim tərəfdə idi. Şükür Allaha ki, tez bir zamanda torpaqlarımız alındı, biz çox sevindik. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza da şəfa versin! Allah Ordumuza kömək olsun!”, - deyə Əsgər Səfərov bildirib.

17
Осколки стекла, архивное фото

Bakının Heydər Əliyev prospektində baş verən qəza tıxaca səbəb olub

0
Hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

BAKI, 19 yanvar - Sputnik. Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində (“Koroğlu” metrostansiyasının yaxınlığı) yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

0