İL-114-300 təyyarəsinin ilk uçuşu: Sərnişin laynerinin ilk tədarükü vaxt başlayacaq?

33
(Yenilənib 14:06 18.12.2020)
İL-114-300 sərnişin təyyarəsi ilk uçuşunu yerinə yetirib. Rusiya qəhrəmanının nəzarəti altında fəaliyyət göstərən sınaqçı pilot heyəti qoyulan tapşırığın öhdəsindən uğurla gəlib.

Yerə enəndən sonra onları gur alqışlarla qarşılayıb, sonra isə atıb-tutublar. Pilotlar səmada nəyi sınaqdan keçiriblər? Laynerin ilk seriyalı tədarükü nə vaxt başlayacaq? O hansı regionlarda uça biləcək? Bütün bu sualların cavabını videomuzda tapın.  

33

Kəlbəcərin Qamışlı kəndinin videogörüntüləri

6
Azərbaycanın Kəlbəcər rayonu üçtərəfli bəyanatın şərtlərinə əsasən, 2020-ci il noyabrın 25-də işğaldan azad edilib.

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Qamışlı kəndindən videogörüntülər paylaşıb.

Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir:

6

İtaliya sahillərində nəhəng balina cəmdəyi tapılıb video

12
(Yenilənib 11:57 22.01.2021)
İtaliyanın Sorrento limanı hövzəsində nəhəng balina cəmdəyi tapılıb. Hadisənin şahidlərinin çəkdiyi kadrları izləyin.

Xəbər verilir ki, dalğıcların təsadüfən onun balası ilə toqquşması nəticəsində bala onları balinanın öldüyü yerə aparıb çıxarıb. Balinanın uzunluğu 23 metr, çəkisi isə təxminən 70 tondur.

Ölmüş balinanın Neapol limanına çatdırılmasından sonra onun üzərində ekspertizanın aparılması və skeletinin muzeyə verilməsi planlaşdırılır.

12
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

0
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

0