Strateji Raket Qüvvələrinin son “Avanqard” raketləri ilə yenidən silahlandırılması

20
(Yenilənib 16:51 17.12.2020)
Rus hərbçiləri son “Avanqard” qitələrarası ballistik raketini əldə ediblər. Orenburq bölgəsinin strateji təyinatlı raket qüvvələri bu kompleksi öz arsenalına əlavə edən Rusiyanın ilk qüvvələri olub.

Hal-hazırda Rusiya ordusunun yenidən silahlanması layihəsi çərçivəsində Orenburq hərbçiləri daha bir “Avanqard” raketini qəbul ediblər. Sizə təqdim etdiyimiz videoda bu qitələrarası ballistik raketinin xüsusi avadanlıq vasitəsilə necə yükləndiyi əks edilib. Bütün proses bir neçə saat çəkir.

20

Günün videosu: Əliyevlər ailəsi Şuşada

15
(Yenilənib 15:36 15.01.2021)
İlham Əliyev, Mehriban Əliyeva və Leyla Əliyeva səhər tezdən Azərbaycanın işğaldan azad olunmuş mədəniyyət mərkəzi Şuşaya yola düşüblər.

Prezident İlham Əliyev Şuşa şəhərində Azərbaycan bayrağını qaldırıb. Əliyevlər ailəsi, həmçinin Cıdır düzündə olub, Şuşa məscidini ziyarət edib və şəhər işğal olunan vaxt güllələnmiş, sonradan Bakıya gətirilmiş heykəllərin açılış mərasimində iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev 2020-ci il 8 noyabr tarixində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib.

Şəhər 28 il yarımdan sonra yenidən Azərbaycanın nəzarəti altına qaytarılıb.

15

Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər

15
(Yenilənib 13:36 15.01.2021)
Müdafiə Nazirliyi bu gün Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin 27 illik işğaldan azad ediləndən sonrakı ilk videogörüntülərini yayımlayıb.

BAKI, 15 yanvar — Sputnik. Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndi 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 27 sentyabr 2020-ci ildə Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində kənd işğaldan azad edilib. Müdafiə Nazirliyi bu gün Böyük Mərcanlı kəndindən videogörüntülər yayımlayıb.

Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir:

 

15
Teqlər:
Cəbrayıl rayonu, Müdafiə Nazirliyi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusdan peyvənd vurdurur

Ərdoğan koronavirus peyvəndindən sonra: "Sapsağlamam"

0
(Yenilənib 00:05 16.01.2021)
Türkiyə Prezidentinə yanvarın 14-də Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

BAKI, 16 yanvar — Sputnik. Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sputnik Azərbaycan "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

"Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sapsağlamam. 28 gün sonra ikinci iynəmizi vurduracağıq", - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edilib.

Türkiyə Prezidentinə Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

0