“Sputnik V” peyvəndi təsirliliyini sübut edib, bəs Qərb nəyi sübut etməyə çalışır?

32
(Yenilənib 13:55 18.12.2020)
Rusiyanın “Sputnik V” peyvəndi 91%-dən çox hallarda təsirlidir. Bunun Qamaleya İnstitutunda bəyan ediblər. Peyvənd artıq bütün dünyada səs-küyə səbəb olub.

Bəzi ölkələr tez bir zamanda COVID-ə qarşı peyvənd almağa tələsir, digərləri isə Rusiya peyvəndinə qarşı sözün əsl mənasında informasiya müharibəsi aparır. “Sputnik V” peyvəndinin uğuru kimə mane olur və Rusiya peyvəndinin ən əsas xüsusiyyətləri nələrdir? Bu sualların cavabını videoda axtarın.

32

Koronavirusla mübarizənin yeni mərhələsi: Bakıda vaksinasiya necə başladı

24
(Yenilənib 17:02 18.01.2021)
Paytaxtın tibb müəssisələri koronavirusa qarşı hamıdan əvvəl peyvənd olunan şəxsləri qəbul etdi. Bunun necə baş verdiyini videoda izləyin.

Azərbaycanda vaksinasiya Çinin “CoronaVac” preparatından istifadə olunmaqla aparılır. Bu gün həmin preparat səhiyyə işçiləri və dövlət qurumlarında çalışanlar üzərində sınaqdan keçirildi. Daha sonra yaşı 65-dən yuxarı olan vətəndaşlar və hüquq-mühafizə orqanlarının pandemiyaya qarşı tədbirlərə cəlb olunmuş əməkdaşları peyvənd olunacaqlar.

Azərbaycanın tibb müəssisələrində peyvənd zonası yaradıldı - Reportaj >>

Qeyd edək ki, könüllü şəkildə peyvənd olunmaq istəyən vətəndaşlar bunun üçün elektron sistem vasitəsilə yaşayış yerlərinə ən yaxın tibb məntəqəsini və vaxtı seçməlidir. Lakin bundan əvvəl sahə həkiminin qəbulunda olmaq vacibdir.

24

Ağdamın Xıdırlı kəndindən görüntülər - VİDEO

7
(Yenilənib 16:28 18.01.2021)
Ağdam rayonunun Xıdırlı kəndi 2020-ci il noyabrın 20-də üçtərəfli bəyanatın şərtlərinə əsasən erməni işğalından azad edilib. Kənd 1993-cü il iyulun 22-də işğal edilmişdi.

BAKI, 18 yanvar — Sputnik. Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Ağdam rayonunun Xıdırlı kəndindən videogörüntülər hazırlayıb.

Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

7
Bakı məktəblərin birində, arxiv şəkli

Orta məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün imkan

0
(Yenilənib 17:57 18.01.2021)
İstedadlı şagirdlər üçün təşkil olunan eksternat imtahanı Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları" əsasında keçirilir.

BAKI, 18 yanvar — Sputnik. Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən, eksternat imtahanı yanvarın 19-da təşkil olunacaq.

Qeydiyyatdan keçmiş məktəblilərin biliyi test imtahanı vasitəsilə yoxlanılacaq. İmtahan hər fəndən 10 sual olmaqla, fənn proqramlarına uyğun hazırlanacaq və nəticələr müvafiq komissiya tərəfindən 100 ballıq şkala üzrə qiymətləndiriləcək. Test imtahanından uğurla keçən istedadlı şagirdlər müsahibəyə cəlb olunacaqlar.

Qeyd edək ki, istedadlı şagirdlər üçün təşkil olunan eksternat imtahanı Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları" əsasında keçirilir.

0