Azərbaycan Prezidenti İlham Əliyev cümə günü 18 dekabr tarixində Özbəkistanın sədrliyi ilə videokonfrans rejimində keçirilən Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında iştirak edib.
Dövlət başçısı iclas iştirakçılarını ölkədə koronavirusla mübarizənin necə aparıldığı barədə məlumatlandırıb və İkinci Qarabağ müharibəsi haqqında ətraflı danışıb.
“Regionun gələcəyi Ermənistan dövlətinin vəziyyəti necə düzgün qiymətləndirə biləcəyi və sülhün uzunmüddətli və davamlı olması üçün düzgün addımlar ata biləcəyindən asılıdır”, - deyə Prezident İlham Əliyev bəyan edib.
İştirakçılar MDB çərçivəsində siyasi, ticari-iqtisadi, sosial və mədəni sahələrdə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini, habelə koronavirus infeksiyasının yayılması əleyhinə birgə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
İclasın sonunda MDB məkanının gələcək inkişafı üzrə yenilənmiş Konsepsiya təsdiq edilib, BMT-nin yaradılmasının 75 illiyi münasibətilə birgə bəyanatlar və bir sıra digər sənədlər qəbul edilib.
Prezident İlham Əliyev Şuşa şəhərində Azərbaycan bayrağını qaldırıb. Əliyevlər ailəsi, həmçinin Cıdır düzündə olub, Şuşa məscidini ziyarət edib və şəhər işğal olunan vaxt güllələnmiş, sonradan Bakıya gətirilmiş heykəllərin açılış mərasimində iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev 2020-ci il 8 noyabr tarixində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib.
Şəhər 28 il yarımdan sonra yenidən Azərbaycanın nəzarəti altına qaytarılıb.
BAKI, 15 yanvar — Sputnik. Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndi 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 27 sentyabr 2020-ci ildə Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində kənd işğaldan azad edilib. Müdafiə Nazirliyi bu gün Böyük Mərcanlı kəndindən videogörüntülər yayımlayıb.
Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir:
BAKI, 15 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, iclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.