QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycanın ən böyük arzusunu çin edən 19 yaşlı şəhid – video

Abunə olmaq
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan 19 yaşlı Əlikram Şahbazlının çox böyük arzuları var idi. O isə Azərbaycan xalqının ən böyük arzusunu çin etməyi öz gənc çiyinlərinə götürdü. Daha ətraflı – videomuzda izləyin.

Əlikram Şahbazlı Şabran rayonunun Bor-Bor kəndində dünyaya göz açıb. Üç bacının yeganə qardaşı, valideynlərinin tək oğlu olub. Əlikram 2019-cu ilin oktyabr ayının 7-də saat 4-də hərbi xidmətə yola düşüb, düz bir il sonra isə tabutu gətirilib.

Şəhid oğlu şəhid: Atasının taleyini təkrar etmiş qəhrəman – video  - Sputnik Azərbaycan
VİDEO
Şəhid oğlu şəhid: Atasının taleyini təkrar etmiş qəhrəman – VİDEO

Valideynləri İmarət Hümbətova və Novruz Şahbazovun sözlərinə görə, Əlikram çox savadlı olub. O, məktəbi bitirdiyi il Naxçıvan Dövlət Universitetinin “Psixologiya” fakültəsinə daxil olub. Amma valideynləri təhsil haqqını ödəyə bilmədikləri üçün təhsilini davam etdirə bilməyib və Əlikram hərbi xidmətə yola düşüb. Onun ən böyük arzusu əsgərlikdən qayıtdıqdan sonra yenidən ali təhsil alıb, ailəsinə kömək etmək, kiçik bacılarını da oxutmaq olub.

Qəhrəmanımızın ən böyük sevgisi isə futbol olub. Hətta rayon üzrə bir neçə turnirə qoşulub. Şəhidimizin bir arzusu da uşaqlarla futbol oynadığı stadionun yaxınlığında bulaq çəkilməsi olub. Atası Novruz bəy oğlunun  arzusunu yerinə yetirərək həmin yerə bulaq çəkdirib və  bulağa oğlunun adını verib. İndi hər kəs bu bulaqdan su içib şəhidimizin ruhuna dualar oxuyur.

Xəbər lenti
0