Ağdam rayonunun Papravənd kəndi - VİDEO

64
(Yenilənib 14:58 11.12.2020)
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə imzaladığı üçtərəfli bəyanata görə, erməni qəsbkarlar Ağdam rayonunu 2020-ci il noyabrın 20-də boşaldıblar

Ağdam rayonunun Papravənd kəndindən videogörüntülər yayılıb. Sputnik Azərbaycan bildirir ki, görüntüləri Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

64
Teqlər:
Müdafiə Nazirliyi, işğaldan azad edilmiş ərazilər, video, Azərbaycan, Ağdam, Qarabağ

Günün videosu: Əliyevlər ailəsi Şuşada

15
(Yenilənib 15:36 15.01.2021)
İlham Əliyev, Mehriban Əliyeva və Leyla Əliyeva səhər tezdən Azərbaycanın işğaldan azad olunmuş mədəniyyət mərkəzi Şuşaya yola düşüblər.

Prezident İlham Əliyev Şuşa şəhərində Azərbaycan bayrağını qaldırıb. Əliyevlər ailəsi, həmçinin Cıdır düzündə olub, Şuşa məscidini ziyarət edib və şəhər işğal olunan vaxt güllələnmiş, sonradan Bakıya gətirilmiş heykəllərin açılış mərasimində iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev 2020-ci il 8 noyabr tarixində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib.

Şəhər 28 il yarımdan sonra yenidən Azərbaycanın nəzarəti altına qaytarılıb.

15

Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər

15
(Yenilənib 13:36 15.01.2021)
Müdafiə Nazirliyi bu gün Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin 27 illik işğaldan azad ediləndən sonrakı ilk videogörüntülərini yayımlayıb.

BAKI, 15 yanvar — Sputnik. Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndi 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 27 sentyabr 2020-ci ildə Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində kənd işğaldan azad edilib. Müdafiə Nazirliyi bu gün Böyük Mərcanlı kəndindən videogörüntülər yayımlayıb.

Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir:

 

15
Teqlər:
Cəbrayıl rayonu, Müdafiə Nazirliyi
Gözəllik salonu, arxiv şəkli

Bu sahələrin fəaliyyətinə yanvarın 25-dən icazə veriləcək

0
Ancaq xəbərdarlıq da var: Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır

BAKI, 16 yanvar — Sputnik. Azərbaycanda sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılması qərara alınıb. Sputnik Azərbaycan 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində fəaliyyətinə icazə verilən iş və xidmətlərin siyahısını təqdim edir:

● ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, "Mall"ların fəaliyyəti istisna olmaqla);

● bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

● muzey və sərgi zallarının fəaliyyəti;

● şəhərlərarası və rayonlararası hərəkət.

Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.

0
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar