Laçınlı arıçı becərdiyi arıları doğma kəndinə aparmağa hazırlaşır video

80
(Yenilənib 17:46 06.12.2020)
Laçın rayonu nəyahət ki, dekabrın 1-də işğaldan azad edilib və onun sakinləri artıq doğma kəndlərinə geri dönməyə hazırlaşırlar. Laçınlı arıçının da öz evinə qayıtmaq planlarını videomuzda izləyin.

Laçınlı məcburi köçkün Əjdər Hüseynov uzun illərdir ki, Mingəçevirdə arı bəsləməklə məşğuldur. Amma bu rayon arıçılıq üçün nəzərdə tutulmayıb, buna görə də çətinliklər az deyil. Bütün bu illər ərzində o, doğma kəndinə qayıdacağı günü səbirsizliklə gözləyib. Və budur, 28 ildən sonra Hüseynov nəhayət Laçına dönməyi planlaşdırır, özü də tək yox, ən yaxın “dostları” ilə birgə. O artıq arıxanalarını harada düzəcəyini, arıların necə bəslənəcəyini və haradan su içəcəyini öz xəyalında canlandırır.

Qeyd edək ki, Əjdər Hüseynovun özü də Birinci Qarabağ müharibəsinin iştirakçısı və qazisi olub.

80

Karandaş bəbələr: Çinli rəssam miniatür heykəllər yaradır

9
(Yenilənib 11:24 12.06.2021)
İyirmi üç yaşlı rəssam Li Mintszyunun əsərlərini adi gözlə görmək çox çətindir. Çünki o, karandaşın ucunda heykəllər yaradır. Ətraflı videomuzda

 

Rəssam Çinin Hebey əyalətində yaşayır. Onun sözlərinə görə, bütün vaxtını sevdiyi sənətinə həsr etmək üçün o, əsas işindən ayrılıb. Ailəsi onu bu qərarında dəstəkləməsə də, gənc istəyindən geri çəkilmir.

“Qrafitdən heykəllər yaratmaq mənim arzum idi. Mənə elə gəlir ki, əgər sənin arzuna heç kim gülmürsə, onu həyata keçirməyə dəyməz”, - Li Mintszyun deyir.

Rəssam söyləyir ki, gündəlik həyatdan ilham alır, ən çox da pişiklərin davranışlarını izləməyi sevir. “Əgər mənim sayəmdə gənclər mini-heykəllərlə maraqlanıb onları anlamağa başlasalar, o zaman hiss edəcəyəm ki, incəsənətin populyarlaşdırılması üçün mən də bir iş görüb, nəyəsə nail olmuşam”.

9

Müharibə dəhşətini pərdələməyə təbiətin gücü çatmır - VİDEO

18
(Yenilənib 12:01 12.06.2021)
Yaşayış məntəqəsinin əsasını Dərələyəz mahalından gəlmiş bozlu tayfasına mənsub ailələr salmışlar. Kəndin qərbindəki əkin sahələrindən biri Kamalın çuxuru adlanırdı.

BAKI, 12 iyun — Sputnik. Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad edilmiş Laçın rayonunun Kamallı kəndindən videogörüntülər paylaşıb.

Sputnik Azərbaycan kadrları təqdim edir.

Kamallı Laçın rayonunun Alxaslı inzibati ərazi vahidində yerləşir, dağlıq ərazidədir. Keçmiş adı Bozlu olub. Yaşayış məntəqəsinin əsasını Dərələyəz mahalından gəlmiş bozlu tayfasına mənsub ailələr salmışlar. Kəndin qərbindəki əkin sahələrindən biri Kamalın çuxuru adlanırdı.

Vətən müharibəsi

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri gneişmiqyaslı təxribata cavab olaraq başlamış Azərbaycan Ordusunun əks-hücumu başladı.

Oktyabrın 9-da Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.

Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.

Üçtərəfli bəyanat

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

18
Teqlər:
Müdafiə Nazirliyi, video, kənd, Laçın
Rusiya millisinin hücumçusu Artyom Dzyuba (ön planda) və Belçika millisinin müdafiəçisi Tobi Alderveyreld

Rusiya millisinin futbolçuları AVRO-2020-nin startında Belçikaya uduzdular

0
(Yenilənib 01:10 13.06.2021)
Romelu Lukakunun dublu və Tom Menyenin qolu sayəsində belçikalılar AVRO-2020-də ilk oyunu qazanaraq B qrupunun lideri oldular.

Rusiya millisinin futbolçuları Avropa çempionatının qrup mərhələsindəki start oyununda Belçika komandasına uduzublar.

Sankt-Peterburqda keçirilən B qrupunun oyunu belçikalıların 3:0-lıq qələbəsi ilə yekunlaşıb.

Romelu Lukaku dubl edib (10-cu və 88-ci dəqiqələr), bir qol da Tom Menye (34-cü dəqiqədə) vurub. 

Rusiya turnirdəki növbəti matçını Sankt-Peterburqda iyunun 16-da Finlandiyaya qarşı keçirəcək. Belçikalılar bir gün sonra Kopenhagendə Danimarka millisi ilə oynayacaqlar.

 

0