Şəhidlər ölməz! Qəhrəmanlarımız bir dəqiqəlik sükutla yad edilib video

45
(Yenilənib 12:39 04.12.2020)
Prezident İlham Əliyevin sərəncamı ilə bu gün bütün Respublika üzrə saat 12:00-də bir dəqiqəlik sükut elan edilib. Şəhidlərin ruhunun paytaxtda necə anıldığını videomuzda izləyin.

Vətən müharibəsində həqiqətin bərqərar edilməsi, 30 illik işğaldan sonra torpaqlarımızın azad edilməsi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yollarda maşınların hərəkəti dayandırılıb, mərkəzdə bayraqlar endirilib. Bir dəqiqə ərzində bütün Azərbaycan vətəndaşlarının ürəyi bir olub, yalnız həyatını gələcəyimiz üçün qurban vermiş qəhrəmanlarla döyünüb. Allah bütün şəhidlərimizə rəhmət etsin.

Qeyd edək ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu şəhid olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir.

100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir. 

45

Günün videosu: Əliyevlər ailəsi Şuşada

14
(Yenilənib 15:36 15.01.2021)
İlham Əliyev, Mehriban Əliyeva və Leyla Əliyeva səhər tezdən Azərbaycanın işğaldan azad olunmuş mədəniyyət mərkəzi Şuşaya yola düşüblər.

Prezident İlham Əliyev Şuşa şəhərində Azərbaycan bayrağını qaldırıb. Əliyevlər ailəsi, həmçinin Cıdır düzündə olub, Şuşa məscidini ziyarət edib və şəhər işğal olunan vaxt güllələnmiş, sonradan Bakıya gətirilmiş heykəllərin açılış mərasimində iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev 2020-ci il 8 noyabr tarixində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib.

Şəhər 28 il yarımdan sonra yenidən Azərbaycanın nəzarəti altına qaytarılıb.

14

Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər

12
(Yenilənib 13:36 15.01.2021)
Müdafiə Nazirliyi bu gün Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin 27 illik işğaldan azad ediləndən sonrakı ilk videogörüntülərini yayımlayıb.

BAKI, 15 yanvar — Sputnik. Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndi 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 27 sentyabr 2020-ci ildə Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində kənd işğaldan azad edilib. Müdafiə Nazirliyi bu gün Böyük Mərcanlı kəndindən videogörüntülər yayımlayıb.

Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir:

 

12
Teqlər:
Cəbrayıl rayonu, Müdafiə Nazirliyi

İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib

0
İclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

BAKI, 15 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, iclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

0