Bu il Naxçıvanda 8 müdafiə mövqeyində yeni əsgəri-məişət kompleksi tikilib - video

23
Müasir kazarmalarda yaşayan əsgərlərimiz mənəvi-psixoloji ruh yüksəkliyi və vətənpərvərlik hissləri ilə xidmət edirlər.

Naxçıvan Qarnizonu Qoşunlarında hərbi təyinatlı obyektlərin tikintisi, şəxsi heyətin xidməti və mənzil-məişət şəraitinin yaxşılaşdırılması tədbirləri 2020-ci ilin ötən dövrü ərzində də uğurla davam etdirilib.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Füzuli bu gün necə görünür: Erməni faşizminin sübutları
© Sputnik / İbrahim Həşimov / Leyla Orucova

Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində, hərbi şəhərciklərində yeni binalar inşa olunub, istirahət parkları salınıb, hərbi obyektlərdə əsaslı və cari təmir işləri aparılıb.

Hər tərəfdən dağ silsilələri ilə əhatə olunan Naxçıvan Muxtar Respublikasının qışı soyuq və qarlı keçən yüksək dağlıq zonalarında etibarlı müdafiə sistemi qurulub. Çətin dağlıq şəraitdə yerləşən müdafiə mövqelərimizdə şəxsi heyətin nümunəvi xidməti üçün hərtərəfli şərait yaradılıb. Bütün bunların nəticəsidir ki, uca zirvələrin hakimi olan hərbi qulluqçularımız Vətənimizin etibarlı müdafiəsini təmin edirlər. Hərbi hissələrdə infrastrukturun müasirləşdirilməsi istiqamətində görülən işlərin davamı olaraq 2020-ci ilin ötən dövrü ərzində 8 müdafiə mövqeyində yeni əsgəri-məişət kompleksi tikilib. Müasir kazarmalarda yaşayan əsgərlərimiz mənəvi-psixoloji ruh yüksəkliyi və vətənpərvərlik hissləri ilə xidmət edirlər.

Əsgər Gündüz Mehdizadə bildirdi ki: "3000 metrdən çox yüksəklikdə əsgər yoldaşlarımla birgə ön xətdə xidmət aparırıq. Əsgər yoldaşlarımla biz qardaş kimiyik. Bizim burada rahat şəkildə xidmət aparmağımız üçün hər cür əlverişli şərait yaradılmışdır və biz ayıq-sayıq şəkildə döyüş növbətçiliyini yerinə yetiririk. Azərbaycan Respublikasına xidmət edirəm!"

Əlahiddə Ümumqoşun Ordunun möhkəm müdafiə potensialına malik birinci eşelon bölmələrində inşa olunan binalar keyfiyyətli mebel dəstləri, müxtəlif növ dayanıqlı rabitə, daimi işıq və istilik sistemi ilə təchiz edilib. Əsgər və zabitlərin rahat şəkildə istirahəti, qidalanması və nümunəvi xidməti üçün tikilən hərbi oyektlərdə qış tədarükü görülərək isti geyim, yanacaq, içməli su və ərzaq təminatı yaradılıb.

Yaradılan şəraitdən razılıq edən əsgər Cabbar Cabbarlının fikirləri belə oldu: "Gördüyünüz kimi bizim üçün burada müasir tələblərə cavab verən kazarmada hərbi xidmətimizin təşkili üçün bütün tələblərə cavab verən şərait yaradılmışdır. Biz hər zaman fəxr edirik ki, Vətən müharibəsində qalib gəlmiş müzəffər Azərbaycan Ordusunun əsgərləriyik."

Müzəffər Ordumuzun işğal altındakı torpaqlarımızın azadlığı uğrunda həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı ilə qazandığı qələbə hər birimizi qürurlandırdığı kimi əsgərlərimizdə də böyük ruh yüksəkliyi yaradıb. Dövlət-xalq-ordu birliyindən güc alaraq xidmətini davam etdirən əsgərlərimiz qazanılan qələbənin sevincini yaşayırlar.

Əsgər Seymur Fərhadlı uca zirvələrdə xidmət aparmağı ilə qürur duyduğunu bildirdi: "Son zamanlar ərzində müzəffər Ordumuzun apardığı uğurlu əməliyyatlar mən və əsgər yoldaşlarımın döyüş əzmini daha da yüksəltmişdir. Bütün Azərbaycan torpaqlarında Azərbaycan bayrağı dalğalanacaq. Qarabağ Azərbaycandır!"

Əsgər Cavidan Şükürzadə deyir ki: "Ayıq-sayıq döyüş növbətçiliyi aparmağımız üçün hər cür şəraitimiz var. Biz burada sadəcə əsgər yoldaşı deyil, bir ailəyik, qardaşıq. Qarşımızdakı düşmənin hər hansı bir təxribatı olarsa onlar qarşılarında bizim kimi cəsur, mərd əsgərlər görəcəklər. Necə ki, Dağlıq Qarabağda gedən döyüşlərdə bizim digər əsgər yoldaşlarımızın cavablarını gördülər. Düşmənin hər hansı bir təxribatına adekvat cavab verməyə hazırıq. Biz fəxr edirik ki, Azərbaycan əsgəriyik. Qarabağ Azərbaycandır!"

Yaradılan nümunəvi xidmət şəraitinə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlıq edən Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti ümummilli lider Heydər Əliyev ideyalarına sadiq qalaraq Vətənimizin müdafiəsi və ərazi bütövlüyümüzün təmin olunması yolunda tarixi zəfərlər qazanır.

 

23

Bölmələrimiz Kəlbəcərin qarlı yolları ilə irəliləyirlər - video

20
Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub. Müdafiə Nazirliyi bölmələrimizin Daşkəsən istiqamətindən Kəlbəcər rayonuna daxil olmasının videogörüntülərini təqdim edib.

Bəyanatın şərtlərinə artıq əməl olunur. Belə ki, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu isə noyabrın 25-də Azərbaycan Respublikasına qaytarılıb.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Sənədin digər müddəalarına əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarmalıdır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

20

Füzulidə erməni ordusunun atıb getdiyi səngərdən kadrlar

39
(Yenilənib 10:57 25.11.2020)
Şanlı Azərbaycan Ordusunun əzmkarlığı və şücaəti nəticəsində Füzuli şəhəri və rayon işğaldan azad edilib. Erməni tərəfinin Füzulidə qoyub-qaçdığı səngərdən kadrları videomuzda izləyin.

44 günlük Vətən Müharibəsi ərzində Ermənistan ordusu xeyli silah və texnikasını döyüş meydanında qoyub qaçmağa məcbur edilib. Sputnik Azərbaycan-ın bölgə müxbiri isə Füzuli rayonunda bu cür atılmış səngərdə çəkiliş etməyə müvəffəq olub. Müxbirimiz xəbər verir ki, hissənin maddi-texniki bazası olduqca köhnəlmiş, istifadə etdikləri raketlərin bəziləri isə kustar üsulla hazırlanmışdır.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanatın şərtlərinə artıq əməl olunur. Belə ki, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu isə noyabrın 25-də Azərbaycan Respublikasına qaytarılıb.

Sənədin digər müddəalarına əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarmalıdır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Azərbaycan Ordusunun bölmələrinin Kəlbəcərə daxil olmasının yeni videogörüntüləri - VİDEO>>

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

39
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada 3469 nəfər COVID-19-a yoluxub

6
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 057, ötən müddət ərzində isə ümumilikdə 1 646 654 test aparılıb. 

BAKI, 25 noyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3469 yeni yoluxma faktı qeydə alınıb, 1229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 102 396 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 66 963 nəfər müalicə olunaraq sağalıb, 1 224 nəfər vəfat edib, aktiv xəstə sayı 34 209 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 057, ötən müddət ərzində isə ümumilikdə 1 646 654 test aparılıb. 

6
Teqlər:
Azərbaycan, test, Koronavirus, COVID-19, yoluxma