QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Laçın dəhlizi üzrə hərəkət açılıb – video

Abunə olmaq
Rusiyalı sülhməramlılar Şuşa şəhəri yaxınlığında müşahidə postunu quraşdırıblar. Beləliklə Laçın dəhlizi üzrə hərəkətin açılmasına imkan yaranıb. Sülhməramlıların müşahidə postundan keçmək istəyən hər kəsi necə yoxladığını videoda izləyin.

Şuşa şəhərindəki bu məntəqə ən əsas postlardan biri hesab edilir. Məhz burada Xankəndinə giriş və çıxış nəzarət altında saxlanılır. Bundan başqa, azərbaycanlı hərbçilər, Qırmızı Xaç təşkilatının nümayəndələri və Rusiya idarələrarası humanitar mərkəzi arasında qarşılıqlı əlaqə məhz burada baş verir.

Sülhməramlılar müşahidə məntəqəsindən keçən hər kəsin maşınlarını və sənədlərini yoxlayır və silah və ya döyüş sursatı tapılarsa, onlar müsadirə edilir. Daha sonra bu hallar FTX orqanları vasitəsilə hərbi polis və ya post komandiri tərəfindən araşdırılmağa başlanır.

В Ханкенди прибыли Тигры и Тайфуны - видео - Sputnik Azərbaycan
VİDEO
“Tiqr” və “Tayfun”lar Xankəndində - video

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Xəbər lenti
0