CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xaçmazda sel evləri yuyub aparıb, insanlar çöldə qalıblar – video

Abunə olmaq
Xaçmaz rayonuna yağan aramsız yağışlar böyük dağıntılara səbəb olub. Bir küçədə yaşayan Abışovlar ailəsinin evləri yaşanmaz vəziyyətə düşüb. Xaçmaz sakinlərinin hal-hazırda nə ilə üzləşdiyini videomuzda izləyin.

15 noyabr tarixindən yağmağa yağan intensiv yağışlar nəticəsində Xaçmaz rayonunda 200-dən çox evə ziyan dəyib, bir çox ev yararsız hala düşüb. Xüsusilə də mərkəzi küçələrdə yerləşən evlər tamamilə uçub. Bəzi evlərin həyətləri isə kiçik gölməçələri xatırladır. Sel insanların bütün malını, heyvan və təsərrüfatını yuyub aparıb.

Bundan başqa, rayonda elektrik enerjisinin və maye qazın verilməsində fasilələr yaranıb. Zərərçəkən şəxslər tez bir zamanda FHN-nin əməkdaşlarının hadisə yerinə gəlməsini və onlara kömək etməsini rica ediblər.

Sputnik Azərbaycan-ın bölgə müxbiri isə Xaçmaz rayonu üzrə FHN sədri Bəxtiyar Osmanovla əlaqə saxlamağa müvəffəq olub. Onun sözlərinə görə, evsiz qalan insanlara müvəqqəti sığınacaqlar təklif edilir. Nazirlik nəzdində yaradılan komissiya bir-bir bütün zərərçəkmiş evlərə baş çəkir və tez bir zamanda dağılan evlərin bərpa edilməsi gözlənilir.

Xəbər lenti
0