Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Quba artıq bir aydır kilid altındadır – rayonda pandemik vəziyyət nə yerdədir – video

Abunə olmaq
Quba rayonu artıq bir aydır ki, kilid altındadır. Rayon mərkəzinə və bəzi kəndlərə giriş-çıxış dayandırılıb. Qubada pandemik vəziyyətin hal-hazırda nə yerdə olduğunu videomuzda izləyin.

Son bir neçə həftə ərzində ölkə üzrə həm yoluxanların, həm virusa görə dünyasını dəyişənlərin sayı getdikcə artır. 15 oktyabr tarixindən etibarən Quba rayon mərkəzinə və bəzi kəndlərinə giriş-çıxış qadağandır.

Şəhərin bəzi kənd və qəsəbələrinin giriş-çıxışlarında postlar qurulub, xüsusi təyinatlı nəqliyyat vasitələrinin və yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla nəqliyyat vasitələrinin giriş-çıxışı məhdudlaşdırılıb.

Qubada ərzaq mağazaları və apteklərdən başqa bütün obyektlər bağlıdır, ictimai nəqliyyat işləmir. Sakinləri narahat edən ən başlıca amil isə bu dəfə bazarın işləməməsidir, belə ki Quba əhalisinin əksəriyyəti kənd təsərrüfatı mallarının istehsalı və bazarda satılması ilə dolanır.

Koronavirusa yoluxan zaman antibiotik qəbul etməyin>>

Bu vəziyyətə baxmayaraq, qubalılar sağlamlıqlarının hər şeydən öndə gəlməsini anlayır, dövlətin qoyduğu qayda-qanuna əməl etməyə çalışırlar.

Xəbər lenti
0