Atasız böyütdüyü iki oğlu Vətənə qurban getdi - video

94
(Yenilənib 15:22 16.11.2020)
Vətən müharibəsinin ilk günü Sevinc ana əvvəl kiçik, bir neçə saat sonra isə böyük oğlunun şəhid olması xəbərini alır. Əli və İslam Əhmədov qardaşları sevdikləri vətən uğrunda şəhid olurlar.

Atasız böyütmüşdü onları anası Sevinc Əhmədova, birinin 27, digərinin 26 yaşı var idi. Öz arzuları var idi mingəçevirli qardaşların.

“Şuşadan torpaq gətirib, qardaşımın məzarı üzərinə tökəcəyəm”: Pəncəli Teymurovun qardaşı >>

Onlardan biri nişanlı, digəri subay idi. Anası, qohum-əqrəba Əlinin toyuna hazırlaşırdı. Bəy kostyumu da elə otağında asılı qalıb.

Mingəçevir sakinləri Əhmədov qardaşlarının vətənsevər, mərd, cəsur gənclər olduğunu deyirlər. Hər kəs onlarla fəxr edir.

94
Teqlər:
Əli Əhmədov, Mingəçevir, şəhid

Rusiyalı sülhməramlılar Laçın dəhlizində təhlükəsizliyə necə nəzarət edirlər video

3
(Yenilənib 15:04 26.11.2020)
Rusiyalı sülhməramlıların Laçın dəhlizi ilə nəqliyyat hərəkətinin təhlükəsizliyini necə təmin etdiyini videoda izləyin.

Dağlıq Qarabağda Rusiya sülhməramlıları üçtərəfli sülh razılığı və atəşkəs rejiminin təmin edilməsinə nəzarət edir. 

Hərbçilər təmas xəttində yerləşən 23 müşahidə məntəqəsindən vəziyyəti gecə-gündüz müşahidə edir. Sülhməramlılar həm də Laçın dəhlizi boyunca hərəkətin təhlükəsizliyini təmin edirlər.

Kəlbəcərə ilk daxil olan Azərbaycan hərbçiləri - FOTOLAR>>

İstehkamçılar hərbi əməliyyatlardan zərər çəkən əraziləri minalardan təmizləyirlər. Mühəndis bölmələri yolları təmizləyir, bölgədə nəqliyyat hərəkətinin tənzimlənməsinə yardım edir, habelə yaşayış məntəqələrinin su, enerji və istilik tədarükünü bərpa edir.

3

Qələbə xidmətçiləri: Gecə boyu bayraq tikib insanlara təmənnasız paylayan tovuzlu dərzilər

13
(Yenilənib 11:26 26.11.2020)
Tovuz rayonu Qovlar şəhərində yaşayan dərzilər müharibə başlayan andan hər gün bayraq tikərək insanlara təmənnasız paylayıblar. Dərzi Leyli Əliyevanın ən böyük arzusunun nə olduğunu isə videomuzda izləyin.

İndi bayrağımız ölkəmizin hər yerini bəzəyir. Kəndlərimizdə, ucqar qəsəbə və yaşayış məntəqələrində bayraqsız bir küçə, bir məkan da yoxdur. Bayraq tələbatının aradan qalxması yolunda dərzilərimizin də xidməti böyükdür. Tovuz rayon Qovlar şəhərində yaşayan dərzilər də müharibə dövründə hər gün bayraq tikərək təmənnasız paylayıblar.

Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan dərzi Leyli Əliyeva əvvəllər  bayraq tikmədiyini deyib. Lakin müharibə başlayan gündən bayrağa olan böyük tələbatı görüb digər sifarişlərini kənara ataraq yalnız bayraq tikməyə başladığını söyləyib.

“Bayraq bizim ləyaqətimizdi. Bayraq bizim şərəfimizdi. Müharibə başlayandan sonra gördüm ki, insanlar dükanlarda bayraq tapa bilmirlər. Tapanlar bahalığından şikayət edirlər. Mən də qərara gəldim ki, bu müharibəyə bacardığım qədər mən də köməkçi olum”, - deyə o, bizimlə bölüşüb.

Qələbə xidmətçisi ən böyük arzusunun tezliklə Qarabağa gedərək tikdiyi bayraqlardan birini Xurşidbanu Natəvanın qəbri üstünə sərmək olduğunu bildirib.

13