(0:55 / 6.40Mb / просмотров видео: 167)

Bakı bu dəqiqələrdə: insanlar Qələbəni qarşılayırlar video

214
(Yenilənib 06:55 10.11.2020)
Sputnik Azərbaycan Bakının mərkəzinə gedərək xalqın sevincini lentə alıb. Azərbaycan Qələbəni belə qeyd edir.

Yüzlərlə Bakı sakini küçələrə çıxıb. Səhər saat 4-dən insanlar öz avtomobillərində əllərində bayraq şəhərin mərkəzinə axışmağa başlayıblar.

Azərbaycan, Ermənistan və rusiya liderləei Qarabağda hərbi əməliyyatların dayandırılması barədə birgə bəyanat imzalayıblar.

214
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1127)

Rusiyalı sülhməramlılar Laçın dəhlizində təhlükəsizliyə necə nəzarət edirlər video

43
(Yenilənib 15:04 26.11.2020)
Rusiyalı sülhməramlıların Laçın dəhlizi ilə nəqliyyat hərəkətinin təhlükəsizliyini necə təmin etdiyini videoda izləyin.

Dağlıq Qarabağda Rusiya sülhməramlıları üçtərəfli sülh razılığı və atəşkəs rejiminin təmin edilməsinə nəzarət edir. 

Hərbçilər təmas xəttində yerləşən 23 müşahidə məntəqəsindən vəziyyəti gecə-gündüz müşahidə edir. Sülhməramlılar həm də Laçın dəhlizi boyunca hərəkətin təhlükəsizliyini təmin edirlər.

Kəlbəcərə ilk daxil olan Azərbaycan hərbçiləri - FOTOLAR>>

İstehkamçılar hərbi əməliyyatlardan zərər çəkən əraziləri minalardan təmizləyirlər. Mühəndis bölmələri yolları təmizləyir, bölgədə nəqliyyat hərəkətinin tənzimlənməsinə yardım edir, habelə yaşayış məntəqələrinin su, enerji və istilik tədarükünü bərpa edir.

43

Qələbə xidmətçiləri: Gecə boyu bayraq tikib insanlara təmənnasız paylayan tovuzlu dərzilər

16
(Yenilənib 11:26 26.11.2020)
Tovuz rayonu Qovlar şəhərində yaşayan dərzilər müharibə başlayan andan hər gün bayraq tikərək insanlara təmənnasız paylayıblar. Dərzi Leyli Əliyevanın ən böyük arzusunun nə olduğunu isə videomuzda izləyin.

İndi bayrağımız ölkəmizin hər yerini bəzəyir. Kəndlərimizdə, ucqar qəsəbə və yaşayış məntəqələrində bayraqsız bir küçə, bir məkan da yoxdur. Bayraq tələbatının aradan qalxması yolunda dərzilərimizin də xidməti böyükdür. Tovuz rayon Qovlar şəhərində yaşayan dərzilər də müharibə dövründə hər gün bayraq tikərək təmənnasız paylayıblar.

Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan dərzi Leyli Əliyeva əvvəllər  bayraq tikmədiyini deyib. Lakin müharibə başlayan gündən bayrağa olan böyük tələbatı görüb digər sifarişlərini kənara ataraq yalnız bayraq tikməyə başladığını söyləyib.

“Bayraq bizim ləyaqətimizdi. Bayraq bizim şərəfimizdi. Müharibə başlayandan sonra gördüm ki, insanlar dükanlarda bayraq tapa bilmirlər. Tapanlar bahalığından şikayət edirlər. Mən də qərara gəldim ki, bu müharibəyə bacardığım qədər mən də köməkçi olum”, - deyə o, bizimlə bölüşüb.

Qələbə xidmətçisi ən böyük arzusunun tezliklə Qarabağa gedərək tikdiyi bayraqlardan birini Xurşidbanu Natəvanın qəbri üstünə sərmək olduğunu bildirib.

16
PPX avtomobili, arxiv şəkli

Bakı sakini küçədə qətlə yetirilib

0
Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BAKI, 27 noyabr — Sputnik. Noyabrın 25-də saat 21 radələrində Xətai rayonu ərazisində İntizam İsmayılovun aldığı bədən xəsarətləri nəticəsində xəstəxanada ölməsi barədə Xətai rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin yaşadığı evin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

0
Teqlər:
cinayət, istintaq, Bakı, qətl, Xətai rayonu, Xətai