Ermənistanın Təpəkənddəki hərbi infrastrukturu dağıdılıb - VİDEO

225
(Yenilənib 20:02 05.11.2020)
Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Təpəkənd (Tonaşen) kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu dağıdılıb

BAKI, 5 noyabr - Sputnik. Cəbhənin Tərtər istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Ermənistan ordusunun hərbi infrastrukturuna ciddi ziyan vurulub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, düşmənə endirilən artilleriya zərbələri ilə Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Təpəkənd (Tonaşen) kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu dağıdılıb.

 

225
Teqlər:
video, Azərbaycan Ordusu, məhv, hərbi infrastruktur, Ermənistan ordusu, Tərtər, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1190)

Quzu ətindən iki dəfə baha olan sirli göbələk - VİDEO

27
(Yenilənib 16:15 16.04.2021)
El arasında quzuqarnı adlanan göbələk növünü yalnız İsmayıllı rayonunun meşələrində görmək mümkündür. Bu barədə daha geniş - Sputnik Azərbaycan-ın videosunda.

Davud Xəlilov İsmayıllı rayonunda yaşayır. Hər il yaz fəslində quzuqarnı toplayan Davud deyir ki, bu göbələk növü digərlərindən dadına və tərkibindəki vitaminlərin zənginliyinə görə fərqlənir.

Onun sözlərinə görə, quzuqarnını toplamaq çox zövqlü məşğuliyyətdir.

Toplanması əziyyətli olsa da, qiyməti peşman eləmir - bir kq quzuqarnı 35-40 AZN civarında satılır.

27
Teqlər:
video, İsmayıllı, mətbəx, göbələk

Bağbanlar köçürülüb, yurdları qalıb - VİDEO

8
(Yenilənib 10:40 16.04.2021)
1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal olunan kənd 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan sonra Azərbaycanın nəzarətinə qayıdıb.

BAKI, 16 aprel — Sputnik. Azərbaycan Müdafiə Nazirliyi Ağdam rayonunun Bağbanlar kəndindən videogörüntülər yayıb.

Sputnik Azərbaycan görüntüləri təqdim edir.

Bağbanlar Ağdam rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Qarqar çayının sağ sahilindən bir qədər aralı, Qarabağ düzündə yerləşir. 1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal olunan kənd 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan sonra Azərbaycanın nəzarətinə qayıdıb.

8
Teqlər:
Müdafiə Nazirliyi, video, Azərbaycan, Qarabağ, Ağdam
Sonuncu filmindən kadr

Azərbaycanlı rejissorun filmi Beynəlxalq Film Festivalının rəsmi proqramında - VİDEO

0
(Yenilənib 21:19 16.04.2021)
Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. Filmin operatoru Polşadan dəvət olunmuş kino mütəxəssisi Mateuş Çuxnovskidir

BAKI, 16 aprel — Sputnik. Bakı Media Mərkəzi və "Salnaməfilm" studiyası tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə istehsal olunmuş "Sonuncu" adlı sənədli film Rotterdam Beynəlxalq Film Festivalının rəsmi proqramına seçilib. Sputnik Azərbaycan xəbər verir ki, "Azərbaycanfilm" kinostudiyasının direktoru, kinorejissor Fariz Əhmədovun "Sonuncu" sənədli filmi Festivalın "Qısa və orta metraj" (Short & Mid-length) bölməsində iştirak edəcək.

Film Kürdili adasının sonuncu sakini Vitali Pronindən bəhs edir. 1981-ci ildə Xəzər dənizində suyun səviyyəsinin qalxması nəticəsində vaxtilə həyat qaynayan Kürdili adaya çevrilərək yaşayış üçün əlverişsiz hala gəldi. Əhalinin əksəriyyəti adadan köçdü. Qazsız, işıqsız və demək olar ki, insansız qalan ada tənhalaşdı, təbiəti, heyvanları vəhşiləşdi, evləri dağıldı. Daha orada heç kim yaşamırdı. 68 yaşlı Vitalidən başqa. O, adayla nəfəs alır. Son nəfəsini də adada alır. Elə kamera qarşısında.

Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. Filmin operatoru Polşadan dəvət olunmuş kino mütəxəssisi Mateuş Çuxnovskidir.

Qeyd edək ki, Rotterdam Beynəlxalq Film Festivalı dünyanın ən vacib kino müsabiqələrindən biri sayılır. "A" kateqoriyalı festivalın adı Avropanın Kann, Venesiya, Berlin, Lokarno və digər böyük festivalları ilə yanaşı çəkilir. 2-6 iyun 2021-ci il tarixlərində festivalın 50-ci buraxılışı keçiriləcək. "Sonuncu" filminin geniş auditoriyaya ilk təqdimatı da məhz bu festival çərçivəsində baş tutacaq. Film haqqında qısa məlumat, treyler və fotolar artıq Festivalının rəsmi saytında da yerləşdirilib (https://iffr.com/nl/2021/films/the-last-one). Filmin dünya premyerasının məhz Rotterdam Beynəlxalq Film Festivalında baş tutacağı faktı kino mütəxəssisləri tərəfindən son illər Azərbaycan kinosu tarixində vacib hadisələrdən biri kimi qiymətləndirilir.

Qeyd edək ki, kinorejissor Fariz Əhmədov hazırda Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktorudur. Onun filmləri indiyə qədər bir çox beynəlxalq festivalların iştirakçısı və mükafatçısı olub.

0