(1:09 / 8.70Mb / просмотров видео: 75)

Qaynana yadigarı ümid nübarı ilə dolacağı günü gözləyir - VİDEO

81
(Yenilənib 11:38 05.11.2020)
Doğma rayonundan yadigar qalan şüşə qaba 27 ildir ki, meyvə yığmır. Füzuli sakini olan İradə Qardaşxanova öz evinə qayıdan günü qabı dolduracağını deyir. Onların da torpaqları işğaldan azad edilib.

Hazırda Mingəçevirdə yaşayan ailənin sevinci sözlə ifadə olunmayacaq qədərdir. Söhbət Füzuli şəhər sakinləri olan Məmmədovlar ailəsindən gedir.

Ailə başçısı Xudafir Məmmədov doğma elində kənd təsərrüfatı, taxılçılıqla, onun həyat yoldaşı İradə xanım isə müəllim işləyib. Sevinci hədsiz olan ailə tezliklə doğma Füzuliyə qayıdacaqları günü gözləyirlər.  

General olmaq arzusu ilə yaşayan balaca vətənpərvər - video >>

Ailənin böyük övladı Erland Məmmədovun Füzulidən çıxanda 6 yaşı olub. Sevincindən həyəcanlanan Erland öz elində, doğma Füzulidə dəcəlliklərini və digər xatirələrini yaddan çıxarmayıb.

81
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1127)

Rusiyalı sülhməramlılar Laçın dəhlizində təhlükəsizliyə necə nəzarət edirlər video

12
(Yenilənib 15:04 26.11.2020)
Rusiyalı sülhməramlıların Laçın dəhlizi ilə nəqliyyat hərəkətinin təhlükəsizliyini necə təmin etdiyini videoda izləyin.

Dağlıq Qarabağda Rusiya sülhməramlıları üçtərəfli sülh razılığı və atəşkəs rejiminin təmin edilməsinə nəzarət edir. 

Hərbçilər təmas xəttində yerləşən 23 müşahidə məntəqəsindən vəziyyəti gecə-gündüz müşahidə edir. Sülhməramlılar həm də Laçın dəhlizi boyunca hərəkətin təhlükəsizliyini təmin edirlər.

Kəlbəcərə ilk daxil olan Azərbaycan hərbçiləri - FOTOLAR>>

İstehkamçılar hərbi əməliyyatlardan zərər çəkən əraziləri minalardan təmizləyirlər. Mühəndis bölmələri yolları təmizləyir, bölgədə nəqliyyat hərəkətinin tənzimlənməsinə yardım edir, habelə yaşayış məntəqələrinin su, enerji və istilik tədarükünü bərpa edir.

12

Qələbə xidmətçiləri: Gecə boyu bayraq tikib insanlara təmənnasız paylayan tovuzlu dərzilər

14
(Yenilənib 11:26 26.11.2020)
Tovuz rayonu Qovlar şəhərində yaşayan dərzilər müharibə başlayan andan hər gün bayraq tikərək insanlara təmənnasız paylayıblar. Dərzi Leyli Əliyevanın ən böyük arzusunun nə olduğunu isə videomuzda izləyin.

İndi bayrağımız ölkəmizin hər yerini bəzəyir. Kəndlərimizdə, ucqar qəsəbə və yaşayış məntəqələrində bayraqsız bir küçə, bir məkan da yoxdur. Bayraq tələbatının aradan qalxması yolunda dərzilərimizin də xidməti böyükdür. Tovuz rayon Qovlar şəhərində yaşayan dərzilər də müharibə dövründə hər gün bayraq tikərək təmənnasız paylayıblar.

Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan dərzi Leyli Əliyeva əvvəllər  bayraq tikmədiyini deyib. Lakin müharibə başlayan gündən bayrağa olan böyük tələbatı görüb digər sifarişlərini kənara ataraq yalnız bayraq tikməyə başladığını söyləyib.

“Bayraq bizim ləyaqətimizdi. Bayraq bizim şərəfimizdi. Müharibə başlayandan sonra gördüm ki, insanlar dükanlarda bayraq tapa bilmirlər. Tapanlar bahalığından şikayət edirlər. Mən də qərara gəldim ki, bu müharibəyə bacardığım qədər mən də köməkçi olum”, - deyə o, bizimlə bölüşüb.

Qələbə xidmətçisi ən böyük arzusunun tezliklə Qarabağa gedərək tikdiyi bayraqlardan birini Xurşidbanu Natəvanın qəbri üstünə sərmək olduğunu bildirib.

14