(1:53 / 12.26Mb / просмотров видео: 95)

Ağcəbədi atəş altında: Evlər dağınıq, şüşələr paramparça, təsərrüfatlar viran video

63
(Yenilənib 12:45 31.10.2020)
Ötən gün Ermənistan SQ Ağcəbədini ağır artilleriyadan atəşə tutub. Hacılar kənd sakininin həyətinə isə dörd mərmi birdən düşüb. Kəndin hal-hazırda necə göründüyünü videomuzda izləyin.

Ağcəbədi rayonunun Yuxarı Qiyaməddinli, Hacılar və Qaraxanlı kəndləri Ermənistan SQ tərəfindən intensiv olaraq atəş altında saxlanıb. Hacılar kəndinə atılan mərmilər bir neçə evə ziyan vurub. Kənd sakini Kamran İsmayılova məxsus həyətə 4 mərmi düşüb. Kəndin qəbiristanlığına, abidələrinə ziyan dəyib.

Günortaya qədər Ağdama 130-dan artıq mərmi düşüb – VİDEO >>

Kənd sakinləri isə partlayış səsləri altında heç nəyə baxmayaraq, öz təsərrüfatı ilə məşğul olmağa, Azərbaycan Ordusuna güvənərək kənddə qalmağa davam edirlər.

63

Rusiyalı istehkamçılar Dağlıq Qarabağda əraziləri minalardan necə təmizləyirlər video

23
(Yenilənib 17:03 27.11.2020)
Rusiyanın hərbi mühəndisləri bir sutka ərzində 87 partlayıcı obyekt aşkar edərək zərərsizləşdiriblər. Daha ətraflı Rusiya Federasiyası Müdafiə Nazirliyinin videosunda izləyin.

Bu vaxta qədər Rusiya sülhməramlılarının əraziləri minalardan təmizləmək ilə məşğul olan mühəndis-istehkamçı hissələri Xankəndinin cənub kənarındakı uzunluğu 1,5 km-dən çox olan bir hissəsi də daxil olmaqla 2 hektardan çox ərazini və təxminən 3 km yolu təmizləyib. Əməliyyat zamanı ümumilikdə 144 partlayıcı obyekt məhv edilib.

Minaların zərərsizləşdirilməsi ilə məşğul olan sülhməramlılar müasir qoruyucu kostyumlar və partlayıcı obyektlərin axtarışı üçün IMP-S2 və INVU-3M mina detektorları kimi müasir vasitələrlə təchiz edilib.

23

Yay təamı qışda: Çoban salatını qış üçün necə bağlamalı videoresept

45
(Yenilənib 12:03 27.11.2020)
Yay və payız aylarında demək olar ki, hər yeməklə masaya mütləq çoban salatı verilir. Beyləqanlı evdar xanım Ətlas Allahyarova hamının sevimlisi olan bu salatı qış üçün necə konservləşdirməli olduğumuzu Sputnik Azərbaycan-a nümayiş etdirib.

Yay və payız aylarında qışa tədarük etmək hər bir ev xanımının sevə-sevə etdiyi işlərdəndir. Belə etməklə, həm qışda yay tərəvəzlərindən dadmış, həm də olduqca qənaət etmiş oluruq. Ümumiyyətlə, qış aylarında tutmaların xüsusi yeri var.

Beyləqanlı evdar xanım Ətlas Allahyarova çoban salatının qış üçün necə tutulduğunu nümayiş etdirib. Bunun üçün bizə hərəsindən bir kiloqram olmaqla pomidor, bibər və xiyar, bir dəstə cəfəri, 5 diş sarımsaq, yarım kiloqram soğan, duz, istiot və sirkə lazım olacaq.

İlk öncə tərəvəzlər yaxşıca yuyulur və orta ölçüdə doğranır. Daha sonra doğranmış tərəvəzlərə duz əlavə edilərək yaxşıca qarışdırılır və bankalara yerləşdirilir. Bankanın ağzına qədər soyuq su əlavə olunur və böyük qazanın içinə yerləşdirilərək qaynadılır. 15-20 dəqiqə qaynadıqdan sonra üzərinə yarım çay qaşığı sirkə əlavə edilərək, bankaların ağzı möhkəm bağlanır.

Nuş olsun! 

45

"Qafqazın Xirosiması" - fransız kanalı Ağdamı belə adlandırdı

0
(Yenilənib 21:43 28.11.2020)
“Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün “ruhlar şəhəri”dir" - France-24.

BAKI, 28 noyabr - Sputnik. “France-24” kanalı işğaldan azad edilmiş Ağdam rayonu haqqında reportaj yayımlayıb.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, reportajda münaqişəyə son qoyan razılaşmaya əsasən, dekabrın 1-də Laçın rayonunun Azərbaycana təhvil verilməli olduğu bildirilir. Qeyd edilir ki, bununla da Azərbaycan Dağlıq Qarabağın ətrafındakı 7 rayonun hamısını geri qaytarmış olacaq.

Kanalın xüsusi müxbirləri Lüdoviq dö Fuko, Katrin Norestrent və Hüseyn Əsədin Ağdamdan hazırladıqları reportajda deyilir:

“Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün “ruhlar şəhəri”dir. Bu gün Ağdamda hələ də qalan yeganə bina məsciddir. Bu şəhər 30 il əvvəl Birinci Qarabağ müharibəsi zamanı böyük strateji əhəmiyyət daşıyırdı. 1993-cü ildə bu şəhərin itirilməsi müharibənin dönüş nöqtəsi oldu. Buranın sakinləri köç etmək məcburiyyətində qaldı. Bu gün məcburi köçkünlər qayıdırlar və dağılmış binaları görürlər”.

Reportajda Ağdam sakini Zülfü Qasımovun bu fikirlərinə də yer verilir: “Belə bir şəhəri bu günə salmaq olarmı? Bu evləri belə dağıtmaq olarmı? Siz bu evlərin keçmişini görsəydiniz bilərdiniz ki, ən müasir evlər, ən yaxşı tikilmiş evlər ancaq Ağdamda olub. Onlar bilirdilər ki, burada yaşamayacaqlar. Onların inamı yox idi ki, burada qalsınlar. Çünki qalmaqları mümkün deyildi. Ona görə də əllərinə düşən hər şeyi dağıdıblar”.

Reportajda qeyd edilir ki, bərpa işlərindən əvvəl təhlükəsizliyi təmin etmək lazımdır. Azərbaycan tərəfindən azad edilmiş digər rayonlar kimi, Ağdam da mina ilə doludur. Hakimiyyət orqanları bu istiqamətdə işə başlayıblar.

ANAMA-nın əməliyyat qərargahının rəhbəri İdris İsmayılov deyir ki, 4500-ə yaxın piyada əleyhinə mina, 2000-ə yaxın tank əleyhinə mina, 750-yə yaxın isə müxtəlif növ bombalar aşkar edilərək zərərsizləşdirilib.

Reportajda, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərə vurulmuş ziyanı 10 milyardlarla dollar həcmində dəyərləndirdiyi və Ermənistan tərəfindən təzminat almaq üçün məhkəmələrə müraciət edəcəyi diqqətə çatdırılır.

0
Teqlər:
Xirosima faciəsi, Xirosima, Qafqaz, ANAMA, Ağdam şəhəri, Ağdam