QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Mingəçevirin fəxri olan 16 metrlik bayraq necə ərsəyə gəlib – video

Abunə olmaq
Valeh Məmmədov illərdir dərzi işləsə də, 27 sentyabra qədər heç vaxt bayraq tikməyib. İki günə isə Mingəçevirin fəxri olan ən böyük 16 metrlik bayrağı tikib. Onun buna necə nail olduğunu videomuzda izləyin.

Mingəçevirdə yaşayan Ağdamdan məcburi köçkün Valeh Məmmədov Vətən müharibəsi başlayandan sonra bayraq tikməklə məşğul olur. İlk öncə yalnız özü və dostları üçün tikən Məmmədov yaşadığı məcburi köçkün qəsəbəsinin sakinlərindən bayraq sifarişi alıb.

“Mən elə başa düşdüm ki, 2-3 metr uzunluqda bayraq olacaq, nəticədə məlum oldu ki, binanın uzunluğu boyu bayraq tikmək, möhtəşəm bir iş ortaya qoymaq lazımdır. Yekunda, 16 metr uzunluğu, 3 metr 30 sm eni olan Azərbaycan bayrağı, 16 metr uzunluğu, 2 metr 20 sm eni olan Türkiyə bayrağı ərsəyə gətirdim”, - deyə dərzi Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə bölüşüb.

Valeh kişi onların istəyini yerinə yetirmək üçün 2 gün vaxt sərf edib. Mingəçevirdə ölçüsünə görə ən böyük bayraq məcburi köçkünlərin yaşadığı 9 mərtəbəli binadan asılıb. Qeyd edək ki, sakinlər öz hesablarına bayrağın parçasını alıb, usta isə təmənnasız olaraq onu tikib hazırlayıb.

Xəbər lenti
0