(1:25 / 11.15Mb / просмотров видео: 2754)

Ermənistan ordusunun atəş nöqtələri məhv edilib - VİDEO

474
(Yenilənib 18:40 25.10.2020)
Azərbaycan silahlı qüvvələri işğalçı ordunun bölmələrinin atəş nöqtələrini məhv etməkdə davam edirlər.

Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri öz üstünlüyünü qoruyub. Sputnik Azərbaycan bu barədə Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Oktyabrın 25-də aparılan uğurlu döyüş əməliyyatları zamanı düşmənin 2 artilleriya qurğusu, 2 BM-21 “Qrad”, 1 komanda qərargah maşını, 1 komanda idarəetmə məntəqəsi, 2 yük maşını, 1tank və bir neçə atəş nöqtəsi məhv edilib.

474
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1130)

Rusiyalı istehkamçılar Dağlıq Qarabağda əraziləri minalardan necə təmizləyirlər video

24
(Yenilənib 17:03 27.11.2020)
Rusiyanın hərbi mühəndisləri bir sutka ərzində 87 partlayıcı obyekt aşkar edərək zərərsizləşdiriblər. Daha ətraflı Rusiya Federasiyası Müdafiə Nazirliyinin videosunda izləyin.

Bu vaxta qədər Rusiya sülhməramlılarının əraziləri minalardan təmizləmək ilə məşğul olan mühəndis-istehkamçı hissələri Xankəndinin cənub kənarındakı uzunluğu 1,5 km-dən çox olan bir hissəsi də daxil olmaqla 2 hektardan çox ərazini və təxminən 3 km yolu təmizləyib. Əməliyyat zamanı ümumilikdə 144 partlayıcı obyekt məhv edilib.

Minaların zərərsizləşdirilməsi ilə məşğul olan sülhməramlılar müasir qoruyucu kostyumlar və partlayıcı obyektlərin axtarışı üçün IMP-S2 və INVU-3M mina detektorları kimi müasir vasitələrlə təchiz edilib.

24

Yay təamı qışda: Çoban salatını qış üçün necə bağlamalı videoresept

72
(Yenilənib 12:03 27.11.2020)
Yay və payız aylarında demək olar ki, hər yeməklə masaya mütləq çoban salatı verilir. Beyləqanlı evdar xanım Ətlas Allahyarova hamının sevimlisi olan bu salatı qış üçün necə konservləşdirməli olduğumuzu Sputnik Azərbaycan-a nümayiş etdirib.

Yay və payız aylarında qışa tədarük etmək hər bir ev xanımının sevə-sevə etdiyi işlərdəndir. Belə etməklə, həm qışda yay tərəvəzlərindən dadmış, həm də olduqca qənaət etmiş oluruq. Ümumiyyətlə, qış aylarında tutmaların xüsusi yeri var.

Beyləqanlı evdar xanım Ətlas Allahyarova çoban salatının qış üçün necə tutulduğunu nümayiş etdirib. Bunun üçün bizə hərəsindən bir kiloqram olmaqla pomidor, bibər və xiyar, bir dəstə cəfəri, 5 diş sarımsaq, yarım kiloqram soğan, duz, istiot və sirkə lazım olacaq.

İlk öncə tərəvəzlər yaxşıca yuyulur və orta ölçüdə doğranır. Daha sonra doğranmış tərəvəzlərə duz əlavə edilərək yaxşıca qarışdırılır və bankalara yerləşdirilir. Bankanın ağzına qədər soyuq su əlavə olunur və böyük qazanın içinə yerləşdirilərək qaynadılır. 15-20 dəqiqə qaynadıqdan sonra üzərinə yarım çay qaşığı sirkə əlavə edilərək, bankaların ağzı möhkəm bağlanır.

Nuş olsun! 

72

Nümayişçilər Parisi dağıdır: 130 minlik aksiya iğtişaşlarla müşayiət olunur

0
(Yenilənib 00:36 29.11.2020)
Fransada "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsinin 24-cü maddəsinə etiraz aksiyalarında 130 mindən çox adam iştirak edib. 

BAKI, 29 noyabr — Sputnik. Fransada informasiya azadlığına dəstək aksiyalarında 130 mindən çox adam iştirak edib. 

Sputnik Azərbaycan xəbər veiri ki, bu barədə BFMTV telekanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.

Ümumilikdə ölkədə "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsinin 24-cü maddəsinə etiraz əlaməti olaraq Fransada 70 nümayiş keçirilib. Nümayişçilər sözügedən maddədə polis və jandarmların çəkilişlərinin aparılmasına qadağa qoyulmasına etiraz edirlər. Onlar bunu ölkədə informasiya azadlığının boğulması kimi qiymətləndirirlər.  

Parisdə dinc aksiyalar şəklində başlayan nümayişlər sonra kütləvi iğtişaşlarla əvəz olunub. Polis və jandarmeriya nümayişçilərə qarşı gözyaşardıcı qaz bombalarından və su şırnağından istifadə edirlər. 

Qeyd edək ki, çərşənbə axşamı, Fransa Milli Assambleyası "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsini ilk oxunuşda qəbul edib. Qanun layihəsinin 24-cü maddəsində "polis və jandarmın sifətinin və identifikasiyasının digər elementlərinin" onların "fiziki və psixi toxunulmazlığına açıq-aşkar zərər yetirmək məqsədilə" yayılmasına görə 1 il müddətinə həbs cəzası və ya 45 min avro cərimə nəzərdə tutulur.

Jurnalist həmkarlar ittifaqları və müxalifət bu normanın tətbiqindən sonra jurnalistlərin və vətəndaşların nümayişlər zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarının işlərini sərbəst şəkildə qeyd ala bilməyəcəklərindən qorxaraq buna qarşı çıxırlar. Hökumət isə dəfələrlə əmin etməyə çalışıb ki, qanun layihəsi jurnalistlərə hüquq-mühafizə orqanlarının əməkdaşlarının çəkilişlərini qadağan etməyəcək.

0
Teqlər:
Fransa